Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52233
az

“Rusiya hərbçiləri bölgədə üzərlərinə düşən vəzifələrini yerinə yetirmirlər”

21:1806 Aprel, 2021
3104
CƏMİYYƏT
  • A

“Rusiya Ermənistanı həm gizli, həm də açıq yollarla daim silahlandırıb”.

Oxu24.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Vətən müharibəsi vaxtı da Rusiyadan Qazaxıstan, Türkmənistan, İran hava sahəsi üzərindən Ermənistana qeyri-qanuni yüklərin - silahların daşındığına dair faktlar açıqlanıb: “Rusiya tərəfi özü də rəsmi səviyyədə etiraf etdi ki, müharibə zamanı Ermənistana kifayət qədər dəstək veriblər. Bu o deməkdir ki, Rusiya Ermənistana istənilən qədər hərbi dəstək verib, indi də bu dəstək davam etməkdədir. Rusiya Ermənistanın keçmiş rəhbərlərinə 200 milyon dollar vermişdi ki, hərbi texnika alsın. Bundan başqa, bu illər ərzində xeyli silah-sursat təmənnasız olaraq Azərbaycanla müharibə aparan, Azərbaycanın torpaqlarını işğal altında saxlayan Ermənistana verilib. Vətən müharibəsinin gedişində hətta sərnişin təyyarələri ilə, digər qeyri-qanuni yollarla Rusiyadan Ermənistana silahlar daşındığına dair məlumatlar var. Bu məsələlərə hər hansı aydınlıq gətirmirlər, müxtəlif bəhanələrlə qaçmağa çalışırlar. Ona görə də biz tələb etməliyik ki, bütün bu məsələlərə aydınlıq gətirilsin”.

E. Şahinoğlu bildirib ki, Rusiyanın ittihamlar qarşısında susması onu göstərir ki, bütün bu deyilənləri edib: “Biz bu dövləti qeyri-qanuni fəaliyyət üstündə yaxalamışıq. Şuşada tapılan “İsgəndər-M” raketinin qalıqları nümayiş etdirilib. Biz ortaya faktları qoymuşuq. Rusiya isə bu cür ciddi ittihamlara reaksiya vermir, susqunluq nümayiş etdirir. Rusiyanın Ermənistana silah verməsi prosesi bu gün də davam edir. Buna görə də biz Türkiyə ilə hərbi ittifaqı gücləndirməliyik. Ermənistanla müharibəni biz bacarmışıq, bundan sonra da bacararıq”.
Politoloq qeyd edib ki, bizim əsas vəzifəmiz 5 ildən sonra Rusiyanın hərbçilərinin bölgəni tərk etməsinə nail olmaqdır: “Çünki Rusiya hərbçiləri bölgədə üzərlərinə düşən vəzifələrini yerinə yetirmirlər, təxribatçı əməllərə yol verirlər. Rusiya müdafiə nazirinin müavini rəsmi Bakının icazəsi olmadan Qarabağa gəlir, orada yeni modul tipli yerləşim yerləri açırlar. “İsgəndər-M” Operativ Taktiki Raket Kompleksi ilə bağlı baş verənlər də bu təxribatların davamıdır. Rusiya qeyri-qanuni əməllərinə aydınlıq gətirməlidir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kartof pankeklərinin sadə resepti – Çox ərzaqa ehtiyac yoxdur
Azərbaycanın əsas qeyri-neft ixrac bazarları - İlk beşlik
Bu məhsul 50 yaşdan sonra daha az yeyilməlidir

Yuxuda dırnaq görmək buna işarə imiş - YUXU YOZMALARI

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Quldurluq edən gənclər tutuldu