Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52228
az

Azərbaycanda peyvənd düz vurulmur?: Sənəddə iki qeyd bir-birini təkzib edir: - TƏBİB məlumatsız, Səhiyyə Nazirliyi etinasızdır

19:1506 Aprel, 2021
3321
CƏMİYYƏT
  • A


Xəbər verdiyimiz kimi, 3 apreldə 3 saylı şəhər poliklinikasına müraciət edən şəxslərə birinci doza vurulduqdan sonra verilən sənəddə növbəti dozanın 1 mayda, yəni 28 gün sonra vurulacağı qeyd olunub.

Amma elə həmin sənəddə iki doza arasındakı müddətin 28 yox, 21 gün olmasına dair xüsusi qeyd yer alıb. Qeyddə o da vurğulanıb ki, müddət keçərsə, peyvəndin əhəmiyyəti itirir, immunizasiya prosesi ləngiyir və risk yaranır.

Bu isə peyvənd üçün müraciət edən şəxslərdə narahatlıq yaradıb.

Maraqlıdır ki, əgər ikinci dozanın birincidən 28 gün sonra vurulması nəzərdə tutulursa, o zaman poliklinikaların verdiyi sənəddə bu müddət niyə 21 gün olaraq göstərilir?

Bu sənədlər sonda möhürlənir və peyvənd olunan şəxsə verilir, deməli, həm də hüquqi sənəd hesab olunacaq.

Nəzərə alsaq ki, ölkələrin ancaq peyvənd kağızı olan şəxsləri ölkələrinə buraxacaqlarına dair ciddi müzakirələr var, o zaman bu sənədlər təqdim olunanda tarixlərdəki fərqə görə həmin şəxs problem yaşamayacaqmı?

Bu, texniki səhvdirsə düzəldilməlidir. Əgər texniki səhv deyilsə, o zaman peyvənd Azərbaycanda düz vurulmur.

Oxu24.com bununla bağlı TƏBİB-ə müraciət etsə də, sorğumuza cavab olaraq bildirilib ki, məsələ Səhiyyə Nazirliyinin nəzarətindədir:

"Bakı şəhəri üzrə vaksinasiyanı Səhiyyə Nazirliyi edir".

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Mətbuat katibi Pərviz Abubəkirovlə əlaqə saxlamaq istəsək də, o, hər zaman olduğu kimi bu dəfə də mətbuatdan qaçıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev isə sualımızla tanış olsa da, cavablandırmayıb.

Bu isə peyvəndləmə ilə bağlı yaranan narahatlığı daha da artırıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 ildən sonra Laçında ikinci dəfə toy çalındı - FOTO
Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO