Müğənni Xatirə İslam Azərbaycanda gizli toylar keçirildiyini iddia edib.
Oxu24.com axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkədə yazıb. O bildirib ki, onu da toya dəvət edirlər:
"Azərbaycanda gün ərzində 500-dən çox gizli toy edirlər. Bu nə vaxta qədər davam edəcək? Ya icazə verilməlidir ya da qarşısı alnmalıdır. Xahiş edirəm ki, toyların keçirilməsinə tam icazə verilmədən heç bir tanışım, dostum ya da toyuma gələn şəxs məni gizli keçirdiyi toy mərasiminə dəvət etməsin. Mən qayda-qanun adamıyam. Getdiyim məclisdə rahat olmalıymam. Məni başa düşün".
Oxu24.com
ŞƏRHLƏR