Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52139
az

Məktəblər və bağçalar bu vaxta qədər açılmamalıdır - XƏBƏRDARLIQ

15:4005 Aprel, 2021
1341
REDAKTORUN SEÇİMİ
  • A

"COVİD virusunu ilk tanıdığımız gündən dəyişməyən qanun odur ki, infeksion xəstəliklərə qarşı qorunma tədbirləri öz aktuallığını saxlayıb".

Bunu Milli.Az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İşçi qrupunun üzvü, həkim-infeksionist Nilufər Məmmədova deyib.

İnfeksionist bildirib ki, avtobuslardakı sərnişin sıxlığı yoluxmanı sürətlə artırır:

"Ümumiyyətlə infeksion xəstəliklərdə infeksiya mənbəyi, ötürülmə zənciri mütləq olmalıdır və həssas orqanizm olmalıdır. Mənbəyə qarşı bu dəqiqə əlimizdə bu dəqiqə heç bir vasitə yoxdur. Yəni törədicini (COVİD-19) məhv etmək üçün əlimizdə bir dərman preparatı və yaxud xüsusi bir maddə yoxdur. İnsan orqanizmdə sadəcə edə biləcəyimiz vaksinasiya etməkdir və səhhətində yarana biləcək faktorları aradan qaldırmaqdır. Ən böyük şansımız ötürülmə yolunu kəsməkdir. Ötürülmə yolu bu infeksiyanın yayılmasında, pandemiyanın sonlana bilməməsində əsas faktordur.

Ötürülmə zəncirinin formalaşmasında uşaqların çox böyük bir rolu var. Yəni, uşaqlar hər nə qədər də xəstəliyi yüngül keçirsələr də, xəstəliyi bir şəxsdən başqa bir şəxsə ötürən əsas mənbədir. Ona görə də məktəblərin, bağçaların bağlanması doğru bir seçimdir. Aşkarlanan yoluxma sayı iki rəqəmliyə enənə qədər təhsil müəssisələri açılmamalıdır. Yalnız o zaman məktəblərin, bağçaların açılmasına icazə verilə bilər. 

Həm də nəzərə almalıyıq ki, təhsil müəssisələri işlədikcə ictimai nəqliyyatın yüklənmiş vəziyyətdə çalışmasını görürük. Nəzərə alsaq ki, metro işləmir, avtobuslarda sərnişinlərin kifayət qədər çox olmasını, sosial məsafənin heç bir halda gözlənilmədiyinin şahidiyik. Bu proses də təbii ki, yoluxmanı sürətlə artırır. Nəzərə alsaq ki, bağçalarda, məktəblərdə uşaqların maska taxması, tez-tez əl gigiyenasına riayət etməsi, sosial məsafəni gözləməsi və vaksinasiya olunmamaları qaydalarına tam riayət olunmur, bağçalar və məktəblərin bu vəziyyətdə bağlanması qərarını doğru hesab edirəm. 

Bildiyiniz kimi 5 qızıl qaydamız var - əl gigiyenası, maskadan istifadə, sosial məsafə saxlamaq, qapalı məkanların havalandırılması və vaksinasiya.

Bunlardan dördü məktəb və bağçalarda ciddi şəkildə gözlənilə bilmir. Yalnız havalandırmanı məktəb müəllimləri icra edirlər. Digər qaydalar ciddi şəkildə gözlənilə bilmədiyi üçün oradan yoluxma riski artır və bu uşaqlar da evdə yaşlı şəxslərin yoluxmasına zəmin yaradırlar.

Risk qrupundan olan insanların da eyni vaxtda təbii olaraq xəstəxanaların yüklənmiş vəziyyətdə çalışmasına gətirib çıxaracaq. Bu baxımdan da məktəb və bağçaların tam qapanması doğru olar. Universitetlər isə mütəmadi qapanmalarla təhsilə davam edə bilər". 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabah Azərbaycanın bəzi ərazilərində su kəsiləcək
Minik avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO
Müdafiə Nazirliyi açıqlama yaydı: 30 yaşınadək hərbi vəzifəlilər mayın 13-dən...

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər