Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52031
az

Qadınları əsəbi, kişiləri impotent edən OSTEXONDROZ - Əlamətlər, müalicəsi

08:5604 Aprel, 2021
5405
  • A

Ostexondroz onurğa sütununda maddələr mübadiləsi və qan dövranının pozulmasıdır.

Ostexondrozun ən ilkin mərhələsində belə fəqərələr arası disklər möhkəmliyini və elastikliyini itirir. Disklər arasındakı hündürlük artır. Fibroz halqa zəifləyir, çatlayır. Əgər bu halqa dağısa, yırtıq əmələ gəlir.

Medicina.az Ostexondrozun yaranma səbəblərini təqdim edir:

-Zədələr, travmalar, anadangəlmə qüsurlar

-Irsi meyillik, nəsil faktoru

-Maddələr mübadiləsi pozulması, artıq çəki, piylənmə

-İnfeksiyalar

-Orqanizmin yaşlanması

- Idman və ağır işlə əlaqədar ağırlıq və yük düşməsi

-Kimyəvi, toksiki maddələr

-Yastıayaqlılıq

-Skolioz, yeriş, qamət əyriliyi


Ostexondrozu artıran faktorlar:

-Düzgün qidalanmamaq

-Kompüter və sükan arxasında çox oturmaq

-Siqaret

-Idman zalında çox məşğul olmaq

-Bədənin kəskin soyuması

-Hündür daban ayaqqabı

-Daimi stress

-Qeyri-düzgün yataq


Ostexondrozun 3 növü var:

-Bel nahiyənin ostexondrozu

-Boyun ostexondrozu

-Döş qəfəsi ostexondro


Sizdə ostexondroz olduğunu göstərən əlamətlər:

-Daim kəsici, basıcı, küt ağrı

-İş gördükdə, hərəkət etdikdə, ağırlıq qaldırdıqda ağrı

-Ağrı çanağa, ayaqlara, biləyə verir

-Ayaqların hissiyatının pozulması, keyləşməsi

-Boyun ostexondrozunda baş ağrısı, başı döndərəndə kəskinləşir

-Kəskin baş çevirməsində baş gicəllənmə

-əllərdə, çiyinlərdə ağrı

-Gözlərin önündə sanki ləkə

-Görmənin və eşitmənin pisləşməsi

-Səsin dəyişməsi, dilin keyiməsi

-Döş qəfəsi ostexondrozunda dərindən nəfəs alıb verəndə ağrı

-Dəridə sanki qarışqa gəzməsi, keyimə

-Ayaqların buzlaması

-Qabırğalararası ağrı

-Tutma şəkilli qəfil sancı

-Sanki sinənin üzərində ağır daş olması hissi

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib