Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5202
az

Ermənistan Azərbaycana müharibə elan etdi - SON DƏQİQƏ!

12:0713 Sentyabr, 2018
18137
SİYASƏT
  • A
Ermənistan Azərbaycana qarşı müharibə elan olunması haqqında qərar qəbul edib.

Oxu24.com  xəbər verir ki, Ermənistanda keçirilən “Şant-2018” təlimləri çərçivəsində Ermənistan parlamenti Azərbaycan Respublikasına qarşı müharibə elan olunması haqqında qərar qəbul edib.

“Ermənistan hökumətinin 2018-ci il 12 sentyabr tarixli “Müharibə elan olunması barədə təklifininə razılıq verilməsi haqqında” qərarını əsas götürərək, Ermənistan respublikası konstitusiyasının 118-ci maddəsinin 1-ci hissəsi və “Parlamentin nizamnaməsini” rəhbər tutaraq, Ermənistan respublikası konstitutsiya qanununun 105-ci maddəsinin 5-ci hissəsinə əsasən Ermənistan parlamenti qərara alır ki, Azərbaycan Respublikasına qarşı müharibə elan olunsun”, - deyə Ermənistan parlamentinin qərarında qeyd edilmişdir.

Erməni KİV-lərinin qəsdən təfərrüatları açıqlamadan yaydığı xəbər Azərbaycanda ictimaiyyət arasında çaşqınlıq yaradıb və sözügedən qərar Ermənistanın Azərbaycana rəsmən müharibə elan etməsi kimi başa düşülüb.

Əslində qeyd olunan faktlar “Şant-2018” hərbi təlimlərinin ssenarisinə daxildir. Belə ki, ssenariyə əsasən, Ermənistanda fövqəladə vəziyyət elan olunur və parlament Azərbaycana qarşı rəsmən müharibə elan edir. Bütün bunlar sadəcə poliqonda nümayiş olunması nəzərdə tutulan plandır. Yəni, Azərbaycan təlim meydanında Ermənistanın şərti düşməni seçilib. Ermənistan parlamenti isə ötən günkü icasında hərbi təlimlərin ssenarisini təsdiqləyib. Azərbaycana qarşı real müharibənin olunması kimi xəbərlərin yayılması isə düşmən tərəfin növbəti provakasiyasıdır.

Oxu24.com saytında sərfəli qiymətə reklam verə bilərsiniz.Aylıq ödəniş cəmi 150 AZN! Əlaqə: [email protected]

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Jurnalistlər gəlir vergisindən azad ediləcək- Prezident təsdiqlədi
Prezident 2025-ci ilin dövlət büdcəsini təsdiqlədi
Mehriban Əliyeva     başsağlığı     verdi

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi