"Əhalinin 80 faizinin vaksinlənməsi hədəflənir".
Sfera.az xəbər verir ki, bunu "Anadolu" agentliyinə müsahibəsi zamanı TƏBİB İdarə Heyətinin sədriRamin Bayramlı söyləyib.
O qeyd edib ki, Azərbaycan keçmiş sovet respublikaları arasında vaksinasiya prosesini erkən başlayan ölkələrdən biridir və 18 yanvarda başlayan vaksinasiya uğurla həyata keçirilir. Vaksinasiya prosesinin Bakının bütün poliklinikalarında və bölgələrdə 90 nöqtədə həyata keçirildiyini bildirən R.Bayramlı indiyə qədər 800 min doza peyvənd tətbiq edildiyini söyləyib.
"Bu proses çox sürətlə davam edir və rəqəmsal şəkildə idarə olunur. Ölkəmiz ən uğurlu vaksinasiya həyata keçirən ölkələrdən biridir. Hədəfimiz ölkə əhalisinin 80 faizini peyvənd etməkdir. 8 milyon insanın peyvənd edilməsi üçün 16 milyon doza peyvənd üçün razılaşmalar əldə olunub. Bu, epidemiyaya son qoymaq üçün əhəmiyyətli bir rəqəmdir. Düşünürük ki, yay aylarına qədər vaksinasiyanı uğurla başa çatdıracağıq".
Oxu24.com
ŞƏRHLƏR