Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
51956
az

Əliyevlə Putinin müzakirəsi: Qarabağda nə baş verir?

21:4702 Aprel, 2021
4018
SİYASƏT
  • A

Bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması üzrə işçi qrupunun Rusiyadan olan həmsədri, baş nazirin müavini Aleksey Overçuk Bakı və İrəvana səfər etdi;

Prezident İlham Əliyev dünən Putinlə telefonda danışdı: Qarabağdakı vəziyyət və kommunikasiya məsələsi müzakirə olundu;

Qarabağdakı Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradov Ermənistan baş qərargah rəisi Artak Davtyanla görüşdü;

Nə baş verir?

Üçtərəfli qrupun görüşləri Moskvada keçirilir, bu baxımdan, Overçukun Bakı və İrəvana gəlişi görüşlərdə razılaşdırılan detallar üzrə yeni sənədin imzalanmasının müzakirəsi məqsədi daşıya bilər.

İstisna deyil ki, Moskvada liderlər səviyyəsindəki üçtərəfli görüşdə kommunikasiyasının açılması üzrə əldə olunan razılıq rəsmi sənəd formasında imzalanacaq və Overçuk sənədin detallarını Bakı və İrəvanla razılaşdırır.

Bu səfər fonunda Əliyevlə Putinin telefon danışığında yeni sənədi və onun imzalanması prosedurunu müzakirə etdiyi ehtimalı önə çıxır. Və telefon söhbətinin detallarına dair üç mümkün məqam diqqət çəkir.

Birincisi, Bakı və Ankaranın üzərində xüsusi dayandığı və indiyə qədər qəbul olunan iki bəyanatda da yer alan Zəngəzur dəhlizinin rəsmiləşəcəyidir;

İkincisi, sənəd harada və necə imzalana bilər: Paşinyan 7-8 aprel tarixində Moskvaya gedəcək, mümkündür ki, sənədin imzalanması üçün İlham Əliyev də Moskvada olsun, yaxud imzalanma onlayn formada baş tuta bilər;

Üçüncüsü və ən əsası erməni qoşunlarının Qarabağdan çıxarılması məsələdir: Bakının cari tələbi budur və Ermənistanda prosesin başlandığına dair informasiyalar yayılır; bu diplomatik trafik fonunda Muradovun Davtyanla görüşü aprelin ilk ongünlüyünün tamamlanmasına - sənədin imzalanmasına qədər erməni qoşunlarının çıxarılması məsələsinin müzakirə edildiyi ehtimalını gücləndirir;

Asif Nərimanlı

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyanın Azərbaycanla sülhə dair- Təklifləri
"Putin Əliyevdənüzr istəyib" -Peskov
“Prezident funksiyalarımın icrasına davam edəcəyəm”

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
İlqar Mustafayevin həbs     müddəti    uzadıldı