Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
51940
az

Bu əlamətlər varsa, damarlarınız tıxanıb - Ciddi siqnal

20:0002 Aprel, 2021
1998
  • A

- Uzun məsafə getdikdə və ya pilləkanla qalxdıqda ürək nahiyəsində sancı, ağrı, təngnəfəslik hiss edirsiz?
- Başgicəllənmə sizi narahat edir?
- Əl və ayaqlarda keyləşmə olur?

Medicina.az xəbər verir ki, bunlar ateroskleroz adlı damar tutulması, tıxanmasının ilkin əlamətləri ola bilər:
Ateroskleroz – xolesterinin damar divarında yığılması ilə gedən xəstəlikdir. Ateroskleroz başlanğıcda simptomsuz keçir.

Simptomlar xəstəliklərin son mərhələsində özünü büruzə verdiyindən, artıq bu zaman ürək, ətraflar, baş beyin qan dövranında ciddi çatışmazlıqlar olur. Ateroskleroz ağır fəsadlara, əlilliyə və ölümə səbəb ola bilər.

Ən çox təsadüf olunur:

- kişilərdə - 40 yaşdan yuxarı

- qadınlarda - klimaksdan sonrakı dövrdə

ATEROSKLEROZUN FORMALARI:

- Ürək damarlarının aterosklerozu (koronar arteriyalar): Ürəyin işemik xəstəliyi

- Baş beyni qanla təmin edən damarların aterosklerozu: insult, Parkinsonizm, Alsheymer xəstəliyi, senil demensiya və s.

- Yuxarı və aşağı ətrafların aterosklerozu.

Obliterasiyaedici endarteriit, trofik yaralar və s.

- Böyrək damarlarının aterosklerozu: böyrək

funksiyasının pozulması və ağır arterial hipertenziya.


- Aortal forma. Aorta - orqanizmin ən böyük arteriyası olduğu üçün, onun aterosklerozla zədələnməsi bütün orqan və sistemlərdə dəyişkikliyə səbəb ola bilir.


RİSK FAKTORLARI:


- Cins: ateroskleroza kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir

- Yaş; bu, təbii risk faktorudur. Yaş artdıqca ateroskleroz

əlamətləri dərinləşir

- İrsiyyət

- Zərərli vərdişlər (siqaret, alkoqol)

- Yanlış qidalanma

- Piylənmə

- Şəkərli diabet

Müalicə

Tibdə aterosklerozun konservativ müalicəsi lazımi effekt vermədiyindən cərrahi əməliyyata, yəni stentin qoyulmasına önəm verilir. Amma bu çıxış yolu deyil, çünki ateroskleroz orqanizmin ümumi xəstəliyidir. Stent qoymaqla yalnız nəticə aradan qaldırılır, səbəb olduğu kimi qalır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Meymunçiçəyinə yoluxan şəxsin     vəziyyəti   açıqlandı
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Zaqatala dağlarında faciə: ayı qazini parçaladı