Yeni Azərbaycan Partiyasının icra katibi, baş nazirin müavini Əli Əhmədov partiyanın mərkəzi qərargahında mətbuat konfransı keçirib.
“Oxu24.com”un verdiyi xəbərə görə, Ə.Əhmədov bildirib ki, 3,9 milyon seçici səs verib:
“Seçkilər baş tutub, hər kəsi təbrik edirəm. “Exit-poll”un nəticələrinə görə hər bir namizədin ala biləcəyi səs açıqlanıb. Hər bir təşkilatın açıqladığı statistik nəticədə İlham Əliyev 80 faizdən yuxarı səs toplayıb. İnanıram ki, İlham Əliyev bu seçkidə qələbə qazanacaq və bu, Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənəcək. Xalq düzgün və müdrik seçimini edib, İlham Əliyevin idarəçiliyi altında Azərbaycanın iqtisadiyyatı, ordusu güclənib, ölkənin qüdrəti artıb.
Xalq İlham Əliyevi böyük bir şans kimi qiymətləndirir. Növbəti 7 il Azərbaycanda inkişafın yeni mərhələsi olacaq. Bu illər ərzində ölkədə prezident İlham Əliyevin müəyyənləşdirdiyi proqram əsasında Azərbaycan güclənəcək. Yeni iqtisasi model, yeni hökümət proqramları qəbul ediləcək. Azərbaycanın Avropanı enerji ilə təmin etmək sahəsindəki rolu artacaq. İlham Əliyevin bugünkü qələbəsi xalqın qələbəsidir. Bu qələbənin əldə edilməsində Yeni Azərbaycan Partiyasının da rolu böyükdür. Azərbaycanın bu günü kimi gələcəyi də əmin əllərdədir”. Oxu24.com
ŞƏRHLƏR