Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5179
az

Kanaldan meyiti tapılan xanəndənin cinayət işində müəmmalı ifadə

14:5112 Sentyabr, 2018
1848
KRİMİNAL
  • A
“Qardaşım Elçinlə bir dəfə telefon əlaqəsi saxlaya bilmişik. Söhbətimiz zamanı o, qətllə bağlı heç nə demədi. Hal-əhval tutduq, salamat olduğunu dedi”

Bunu AzVision.az-a Qarabağ kanalında meyiti aşkar edilən xanəndə Novruz Hüseynovun qardaşı Azər Hüseynov deyib.
Onun sözlərinə görə, qardaşı Elçin Hüseynov vəkili ilə söhbətində xanəndə Miryusifin qətlindən xəbərsiz olduğunu söyləyib və ifadəsini dəyişib.

"Hazırda Elçinin işini Ağcabədi Rayon Polis İdarəsi araşdırır. Biz onunla hələ də üz-üzə danışa bilməmişik. Bərdə rayon Polis İdarəsində verdiyi izahatla vəkilinə verdiyi izahat bir-birini təkzib edir. Orada qətli etiraf edirdisə, burada isə tamamilə əksini deyir. Düşünürük ki, onu qorxudublar, bəlkə də buna görə ilkin ifadəsində qətldən xəbərdar olduğunu deyib. Biz də bilmirik, hadisə necə olub, günahkar kimdir. Yəqin, araşdırmadan sonra həqiqətlər üzə çıxacaq”.

Qeyd edək ki, avqust ayında xanəndə Novruz Hüseynov yaxın dostu Miryusif Mirizadəni bıçaqla qətlə yetirib, daha sonra isə özünü Qarabağ kanalına ataraq intihar edib. Müəmmalı qətllə bağlı müxtəlif versiyalar səsləndirilib. Məlumata görə, xanəndələr hadisə baş verən gün narkotik maddə qəbul ediblər. Qətllə əlaqədar araşdırma zamanı xanəndə Novruz Hüseynovun qardaşı Elçin HÜseynov polis tərəfindən saxlanılıb. Ona qarşı cinayəti bilib gizlətdiyinə görə iş açılıb, barəsində həbs qətimkan tədbiri seçilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU
Bakıda kişi arvadına görə anasını amansızlıqla öldürdü - FOTO
Bakı-Qazax yolunda avtoxuliqanlıq etdi, həbs olundu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU