Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
51784
az

Navalnı aclıq aksiyasına başladı

23:3031 Mart, 2021
2934
SİYASƏT
  • A

Həbsdə olan rusiyalı bloger Aleksey Navalnı aclıq aksiyasına başlayıb.

Müxalifətçi aksiyanı dəvət olunan həkimin onunla görüşməsinə icazə verilmədiyinə görə başladıb.

“Mən qanuna riayət etməyi və dəvət etdiyim həkimi yanıma buraxmaları üçün aclıq elan edirəm”, – deyə Navalnının İnstaqram səhifəsində yazılıb.

Bundan əvvəl Navalnının vəkili Olqa Mixaylova onun səhhətində problem yaranması ilə bağlı məlumat vermişdi. Bildirilirdi ki, Navalnı ayaq və bel ağrısından əziyyət çəkir. Hazırda həmin ağrıların ayaqlara doğru yayıldığı, sağ və sol ətrafların hissiyatını itirdiyi qeyd edilir.

Mixaylovanın sözlərinə görə, dəvət olunan həkimin Navalnı ilə görüşməsinə, tövsiyə olunan dərmanların alınmasına icazə verilmir, diaqnoz müayinə nəticələri indiyədək açıqlanmır.

Federal Penitensiar Xidmət isə blogerin səhhətinin qənaətbəxş və stabil olduğunu açıqlayıb.
Qeyd edək ki, fevralın 2-də Moskvanın Simonovski şəhər məhkəməsi Navalnının “İv Roşe” işi üzrə şərti cəzasını ləğv edərək onu 3,5 illik real həbs cəzası ilə əvəz edib. Onun “İv Roşe” işi üzrə ev dustaqlığında keçirdiyi 1 il nəzərə alınaraq həbsxanada 2,5 il cəza çəkəcək. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko oliqarxları ittiham etdi: Hər şey ədalətsizliklə başladı
Vaşinqtonda fövqəladə vəziyyət elan edildi
Zelenski bir şərtlə atəşkəsə RAZILIQ VERƏCƏK

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
İlqar Mustafayevin həbs     müddəti    uzadıldı