Unibank Hesabatlıq şöbəsinin mütəxəssisi/ Reporting specialist vəzifəsinə işçi axtarır.
Əsas öhdəliklər
• Verilənləri toplamaq, təhlil etmək və verilənlər bazası əsasında hesabatlar hazırlamaq;
• Bankın müvafiq bölmələrinin, o cümlədən Banka nəzarət edən və onunla əməkdaşlıq edən təşkilatların (dövlət orqanlarının və s.) lazımi hesabat və arayışlarla təmin edilməsi;
• Yeni hesabat və hesabat sistemlərinin yaradılması üzrə texniki tapşırıqları hazırlamaq;
• Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, bankdaxili prosedur və qaydalara, AR-nın bu sahədə mövcud qüvvədə olan qanunvericiliyinə uyğun həyata keçirmək;
Namizədə tələblər
• Maliyyə/İqtisadiyyat/Riyaziyyat üzrə bakalavr dərəcəsi;
• Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
• Yüksək səviyyədə MS Excel biliyi, Excel VBA və SQL bilikləri olanlara üstün veriləcək;
• Analitik qabiliyyətlərə malik olmaq;
• Maliyyə uçotu və BMHS sahəsində biliklər;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
• Ünsiyyətcil və təşəbbüskar olmaq;
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
Göstərilən tələblərə cavab verən namizədlər [email protected] elektron ünvanına CV-ni göndərib və mövzuda vakansiyanın adını qeyd edərdiniz və ya bu linkə keçib müraciət edə bilərsiniz: //unibank.az/az/hrsnew/vacanciesHrm/232
Oxu24.com
ŞƏRHLƏR