Türkiyənin Zonguldak rayonunda arvadını evdə məşuqu ilə birlikdə yarıçılpaq halda yaxalayan ər həyat yoldaşına "Artıq səninlə işim qalmadı" deyərək bağırıb.
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, U. (32) ilə evdə birlikdə yaxalayıb döydüyü arvadı Şenay U. (29) və Bayram A. (31) polis idarəsinə gedərək bir-birlərindən şikayət ediblər. Soner U. ilə arvadı Şenay və hadisəyə qarışdığı deyilən əmisi oğlu Tugay U. ilə Bayram A. prokurorluğa aparılıb.
Hadisə dünən baş verib. Uşağının anası, 6 illik arvadı Şenay U.-nun onu aldatdığını düşünən Soner U. plan qurub. O, səhər "İşə gedirəm" deyib, evdən çıxıb. Ancaq işə getmək əvəzinə evinin yanında gizlənib. Bir müddət sonra evə Bayram A. gəlib. Evə basqın edən Soner U. arvadıyla Bayram A.-nı çılpaq yaxlayıb. Gördüyü mənzərə qarşısında şoka düşən Soner U. həm arvadını, həm də Bayram A.-nı döyüb.
Oxu24.com
ŞƏRHLƏR