Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
51671
az

Xiaomi Redmi K40 Pro+ smartfonunun qlobal versiyası Mi 11i modelini təqdim edib - QİYMƏTİ

22:0030 Mart, 2021
1574
CƏMİYYƏT
  • A

Çində keçirilmiş irimiqyaslı təqdimatdan sonra Xiaomi şirkəti həmçinin öz yeni məhsullarının qlobal təqdimatını da keçirdib. Həmin təqdimat çərçivəsində Mi 11 smartfon seriyasının növbəti modeli olan Mi 11i təqdim olunub. Sözügedən modelin əsas özəllikləri arasında yüksək keyfiyyətli ekran, güclü prosessor və təkmilləşdirilmiş kameralar var. Faktiki olaraq Mi 11i modeli bir neçə müddət bundan öncə Çində təqdim edilmiş Redmi K40 Pro+ smartfonunun qlobal versiyasıdır. Beləliklə Xiaomi Mi 11i smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym E4 AMOLED ekranı özündə birləşdirir. Ekran həmçinin HDR10+ texnologiyasının dəstəyinə sahibdir.

Oxu24.com technote.az-a istinadən bildirir ki, ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Əsas texniki özəlliklərə gəldikdə isə Xiaomi Mi 11i modeli Snapdragon 888 prosessoru, 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 108 MP + 8 MP (119 dərəcə bucaq təsviri) + 5 MP (makroobyektiv) üçlü arxa kamera, 20 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 4520 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon MIUI 12 interfeysli Android 11 əməliyyat sistemi vasitəsilə çalışır. Beləliklə Mi 11i modelinin 128 GB yaddaşlı versiyası 649 avroya, 256 GB yaddaşlı versiyası isə 699 avroya satılacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul
ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO