Buğa – təəssüf ki, xırda xoşagəlməz hadisələr və uğursuz təsadüflərin də olacağı mümkündür. Əhvalınız qəfildən dəyişə bilər. Alış-verişdən və bahalı əyləncələrdən çəkinin.
Əkizlər – plan qurun, potensial tərəfdaşlarla görüşün, biznes-layihələri müzakirə edin. İşgüzar və inadcıl olsanız, faydalı əlaqələr qazana və nüfuzlu hamilər tapa, karyeranın zirvəsinə doğru pilləkənlərlə yavaş-yavaş yuxarıya dırmana bilərsiniz.
Xərçəng – həyatınızda nəyisə dəyişmək istəyi səhər açılan kimi yaranır və hər dəqiqə güclənir. Bu səbəbdən bir çox Xərçənglərin düşünülməmiş hərəkətlər etmələri normaldır. Əlbəttə, sizə lazım olmayan köhnə əşyalardan, əlaqələrdən can qurtarmaq yaxşı olardı. Amma eyni zamanda çox dəyər verdliklərinizi də itirə bilərsiniz. Odur ki, tələsməyin.
Şir – öz günahınız ucbatından korladığınız bəzi münasibətləri bərpa edə bilərsiniz. Anlaşılmazlıqları aradan qaldırmaq imkanınız da var. Günün ikinci yarısında Şirlər özlərində diplomatlara xas keyfiyyətlər kəşf edir və ailədə sülh yaratmağa çalışırlar.
Qız – bu gün xoşagəlməz hadisələr mümkündür. Ətrafınızda qıcıqlandırıcı ajiotaj yaranıb, bu isə diqqətinizi toplamağa imkan vermir. Yaxınlarınız sizə təzyiq göstərməyə çalışır, sizi idarə etmək istəyirlər. Onlara müqavimət göstərmək asan deyil. Köhnə kincikliklər yada düşür, ən adi söhbətin münasibətlərin aydınlaşdırılmasına çevrilməsi ehtimalı güclüdür.
Tərəzi – zəifliklərinizə boyun əyməyin. Əlbəttə, özünüzü bir qədər nazlandıra bilərsiniz, buna haqqınız var, amma həddi də bilmək lazımdır. İstənilən kənaraçıxmalar sizə zərər vuracaq.
Əqrəb – macərapərəstsiniz. Hər şey barədə fikirləşdiyiniz halda, hərəkətlərinizin nəticəsini düşünməyi unudursunuz. Əlbəttə, gününüz maraqlı və şən keçəcək, amma ona yekun vurarkən ehtiyatı əldən verdiyinizin şahidi olacaqsınız.
Oxatan – sevinmək şansınız da olacaq. Bunlardan biri yeni tərəfdaşlarınızın peyda olmasıdır: onlar etibarlıdırlar və sizinlə birlikdə istənilən maneəni dəf etməyə hazırdırlar. Onları boş şübhələr və inamsızlıqla sındırıb incitməyin.
Oğlaq – problemlər az deyil. Amma onların bircə həll yolu var, o da məhz sizin xoşunuza gəlməyəndir. Bu arada, nə qədər tez fəaliyyətə başlasanız, əldə edəcəyiniz nəticələr bir o qədər yaxşı olacaq.
Dolça – həm özünüzə, həm başqalarına ünvanladığınız bir çox suallarınıza cavab tapırsınız. Bir şey pisdir ki, cavabların heç də hamısı ürəyinizcə deyil. Bu səbəbdən problemlər barədə yenidən fikirləşirsiniz.
Balıqlar – işlər barədə fikirləşmək istəmirsiniz? Çox əla! O zaman sevgi barədə fikirləşin! Romantik görüşlər üçün gün superdir. Bir çox şəxsi problemləriniz sanki öz-özünə həll olunur, sizdən isə şübhələri bir kənara atmaq tələb olunur.
Oxu24.com
ŞƏRHLƏR