Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən növbəti əmək yarmarkaları ötən həftə Şəmkir, Lerik və Qusar rayonlarında keçirilib.
Nazirlikdən İnterpress.az-a verilən məlumata görə, hər üç yarmarka zamanı işsiz və işaxtaran vətəndaşlara həmin rayonlarda fəaliyyət göstərən 60-dan çox müəssisə üzrə 1000-dən çox vakant yer təklif olunub. Tədbirlər nəticəsində 200 nəfər işsiz və işaxtaran şəxsə vakant iş yerlərinə göndərişlər verilib.
Ayrı-ayrı şəxslər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına və ödənişli ictimai işlərə cəlb edilmək üçün qeydiyyata götürülüb. Habelə kiçik ailə təsərrüfatını yaratmaq üçün potensialı olanlar özünüməşğulluq proqramına cəlb olunmaq üçün qeydə alınıblar.
Bu həftə isə Abşeron, Bərdə, Ağdam, Biləsuvar, Yardımlı rayonlarında əmək yarmarkalarının keçirilməsi planlaşdırılıb. Oxu24.com
ŞƏRHLƏR