Bakıda xoşagəlməz hadisə baş verib.
Oxu24.com "media.az”a istinadən xəbər verir ki, qadın zorlanmaya məruz qalmadığı üçün özünü üçüncü mərtəbədən atıb.
Verilən məlumata görə, hadisə 9 sentyabr saat 22:50-də Qaradağ rayonu, Sahil qəsəbəsində baş verib.
1972-ci il təvəllüdlü Z.Məmmədova ağır bədən xəsarətlərilə Klinik Tibb Mərkəzinə yerləşdirilib.
Araşdırmalar zamanı məlum olub ki, Seyidov küçəsi 21 ünvanında Z.Məmmədova tanışı 1991-ci il təvəllüdlü İ.Vəlizadə tərəfindən hücuma məruz qalıb. Qadın gənc tərəfindən zorlanmamaq üçün özünü pəncərədən yerə atıb.
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisədə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı Qaradağ rayonunda cinayət işi başlanılıb, araşdırmalar aparılır. Oxu24.com
ŞƏRHLƏR