Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5150
az

Təzyiqi aşağı salmağın sadə üsulu açıqlandı

10:5511 Sentyabr, 2018
1152
TİBB
  • A
 ABŞ-ın Çapel-Hilldəki Şimali Karolina Universitetinin alimləri müəyyən ediblər ki, 16 həftə müddətində həyat tərzinin dəyişdirilməsi yüksək qan təzyiqi ilə mübarizə üçün qəbul olunan preparatlara ehtiyacı azaldır. Bu, infakt və insult riskinin azaldılmasına, ömrü uzatmağa yardım edə bilər.

Oxu24.com xəbər verir ki, bununla bağlı “EurekAlert!”in yayımladığı press-relizdə deyilir.

Araşdırmalarda yaşları 40-80 olan, artıq çəkidən və ya piylənmədən əziyyət çəkən 129 kişi və qadın iştirak edib. Bütün könüllülərdə qan təzyiqi 130-160/80-90 millimetr civə sütunu təşkil edib. Ancaq testlər zamanı xəstələr dərman preparatları qəbul etməyiblər. Bununla yanaşı, iştirakçıların 50 faizinə antihipertensiv vasitələrin tətbiqi göstərişi verilib.

Yoxlanış zamanı iştirakçılar təsadüfən üç qrupa bölünüblər. Birinci qrup insanlar 16 həftə müddətinə həyat tərzini dəyişiblər, meyvə, tərəvəz və yağsız süd məhsulları ilə qidalanıblar. Bundan başqa, onlar artıq çəkidən azad olmaq üçün proqrama yazılıblar. İkinci qrup iştirakçıları yalnız sağlam dietaya üstünlük veriblər, üçüncü qrup isə həyat tərzini dəyişməyiblər.

Məlum olub ki, eksperimentin sonunda birinci qrupda daxil olan insanlarda çəki azalıb, qan təzyiqi isə 16 millimetr civə sütunu enib. İkinci qrupda təzyiq 11, üçüncü qrupda isə 3 millimetr civə sütunu aşağı düşüb. Bununla yanaşı, birinci qrupdakı iştirakçıların 15 faizi, ikinci qrupdakıların 23 faizi dərman preparatlarına ehtiyac duyub, üçüncü qrupda isə bu göstərici dəyişməz qalıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü