Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5146
az

Heyvanın 1001 faydası

00:5711 Sentyabr, 2018
1053
TİBB
  • A
Bu dadlı və faydalı meyvə güclü müalicəvi təsirə malikdir. Heyva pektinlər, dəmir, kalium, kalsium, mis, fosfor, orqanik turşular, PP, A, B1, B2, B6, C vitaminlərlə, beta-karotinlə zəngindir.

Oxu24.com saglamolun.az-a istinadən bildirir ki, heyvanı müalicəvi və profilaktik vasitə kimi skleroz, pankreatit, hipertoniya, anemiya və s. xəstəliklər zamanı istifadə etmək olar.

Heyva güclü sidikqovucu sayılır və bu səbəbdən müxtəlif sidik ifrazı sistemi xəstəlikləri zamanı çox xeyirlidir.

Mədə-bağırsaq sistemində problemləri olan insanlar da bu meyvədən faydalana bilər. Mis və sellülozla zəngin olan heyva həzm prosesləri yaxşılaşdırır, qaraciyərin və öd çıxarıcı yollarının funksiyalarını yaxşılaşdırır, ishalla mübarizədə kömək edir.

Heyva dietik məhsuldur. Arıqlamaq məqsədi ilə tutulan pəhrizlər zamanı heyva çox uğurla istifadə oluna bilər.

Heyva şəkər xəstəliyindən əziyyət çəkən insanlar üçün da faydalıdır.

Heyva antioksidant maddələrlə zəngindir ki, bu faydalı xüsusiyyət onu xərçəng hüceyrələrin əmələ gəlməsi ilə mübarizədə yaxşı köməkçi edir. Heyva orqanizmdə gedən qocalma proseslərini ləngidir.

Heyvanın unikal antivirus xüsusiyyətləri onu qripp və soyuqdəymənin müalicəsi zamanı uğurla istifadə etməyə imkan verir. Bu halda heyva az miqdarda suda bişirilməli və su ilə birlikdə qəbul olunmalıdır.

Heyva dəmir mikroelementi ilə olduqca zəngindir. Bu səbəbdən heyva anemiya (qanazlığı) zamanı insana böyük kömək edə bilər. Uşaqlara heyva şirəsi və heyva kompotları vermək yaxşıdır.

Heyva orqanizmdə "pis" xolesterinin azalmasına kömək edir.

Vitamin C ilə zəngin heyva immuniteti yaxşılaşdırır.

Heyva şirəsi iltihab əleyhinə və bəlğəmgətirici təsirinə malik olduğuna görə bronxit, bronxial astma, müxtəlif soyuqdəymələr və iltihablar zamanı uğurla istifadə oluna bilər.

Heyvanı kompot, mürəbbə, şirə, buğda və ya suda bişirilmiş şəkildə qəbul etmək daha yaxşıdır. Təzə heyva spesifik turş dada malikdir və çətinliklə həzm olunur (xüsusilə də böyük miqdarlarda). Lakin bir neçə təzə heyva dilimi insana yalnız xeyir gətirə bilər.

Heyva qədim zamanlardan kosmetologiyada istifadə olunur. Belə hesab olunurdu ki, heyva qadının cavanlığını və gözəlliyini qoruyur. Kosmetologiyada heyva şirəsi yağlı dərinin təmizlənməsi üçün və çillərlə mübarizədə istifadə olunur. Heyvanın təzə şirəsində pambıq diskini isladın və gündə bir neçə dəfə dərinizi silin. Bu sadə üsul dərinin yağlılığını azaldır, onu təmizləyir və daha hamar və parlaq edir.

Saçların yağlılığını azaldmaq üçün heyva yarpaqları və toxumları ilə olan dəmləmələr istifadə olunur. Təmiz saçları bu dəmləmə ilə hər gün yaxalayın. Bir müddətdən sonra saçlarınız daha sağlam və parıltılı görünəcək.

Qəbizlikdən əziyyət çəkən insanlar heyvanı yeməməlidir ki, o bağırsaqları "bərkidir". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü