Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
51448
az

ŞAD XƏBƏR! Nazir qərar imzaladı: 150 manat ödəniləcək

10:5328 Mart, 2021
2524
CƏMİYYƏT
  • A

Azerforum.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında tələbə yataqxanalarında yaşayış sahəsindən istifadəyə görə haqqın aylıq məbləği müəyyənləşib.

Bununla bağlı muxtar respublikanın Baş naziri Səbuhi Məmmədov qərar imzalayıb.

Belə ki, qərara əsasən, bundan sonra bir tələbə Naxçıvan Dövlət Universitetinin Tələbə Evində yaşamaq üçün 80 manat, “Naxçıvan” Universitetinin tələbə yataqxanasında yaşamaq üçün 100 manat və Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentinin tələbə yataqxanasında yaşamaq üçün isə 150 manat kirayə haqqı ödəyəcək

Qərarla müəyyənləşib ki, kirayə haqqı köçürmə yolu ilə aylıq və ya birdəfəlik ödənilə bilər. Kirayə haqqı aylıq ödənildikdə hər ayın 15-nə kimi bank vasitəsilə müvafiq hesaba ödəniləcək.

Qərarla ödəniş yerli və xarici ölkə vətəndaşı olan tələbələr üçün bərabər məbləğdə müəyyən edilib və tədris ili ərzində ödənişin məbləğinin dəyişdirilməsi qadağan olunub.

Həmçinin qərar verilib ki, tənbeh tədbiri qismində yataqxanadan çıxarılmış tələbələr istisna olmaqla, tədris ili ərzində yataqxanadan ayrılan tələbələrin kirayə haqqının qalıq məbləği geri qaytarılacaq.

 

Qeyd edək ki, bu qiymətlər Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində 2021-2022-ci tədris ilindən, Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentində isə 2021-ci il mart ayının 1-dən tətbiq edilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
Sabirabadda dayı 11 yaşlı bacısı oğlunu avtomobillə vurub
Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmadı

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Uşaq arabasından oğurluq edən şəxs saxlanıldı