Sabunçu rayonunda yol nəqliyyat hadisəsi baş verib.
Oxu24.com xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib.
Belə ki, Lada markalı avtomobili idarə edən sürücü Cəsarət Şirvanzadə sükana nəzarəti itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü və sərnişin Sevda Alışanova ağır xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Apa
Oxu24.com
ŞƏRHLƏR