Müğənni Rəhim Rəhimli ARB televiziyasında yayımlanan "Özəl" proqramında qonaq olub.
Oxu24.com xəbər verir ki, Rəhim Rəhimli 20 il əvvəl ölkəni tərketmə səbəbini ilk dəfə açıqlayıb:
"Bu haqda hər kəs müxtəlif fikirlər səsləndirir. Bunu ilk dəfə açıqlayacam. Məcburi, kiminsə təkidi ilə getməmişəm. Sadəcə bəzi insanlarla aramda sözümün çəp gəlməsindən incimişdim. Buna görə ölkəni tərk etdim, ancaq gedəndə beş günlük, bir həftəlik düşünürdüm. Elə olmadı, beş il orada qaldım. Və etiraf edim ki, hamı elə bilirdi ki, Türkiyədə yaşayıram. Uzun müddət Moskvada oldum".
Sənətçi bayağı mahnılardan da danışıb:
"Bayağı nə deməkdir? Heç kim başa sala bilmir. İndiki mahnılar anlaşılmır. Sosial şəbəkələrdə baxış sayı ilə ölçülür. Qəribə odur ki, o mahnıların kütləsi də var. Biz sənətə gələndə belə düşünmürdük. Eldar Mansurov, Vaqif Gərayzadə, Faiq Sücəddinov dəsti-xəttlərindən əsər- əlamət qalmayıb".
Rəhim Rəhimli verilişlərdən də narazılıq edib: "Efirlərə baxıram, məni dəvət edirlər. Deməli, biri ailəsindən boşanıb, biri küsüb... Birinin ailə problemi müzakirə olunur. Sənətçini də bir saatda bir mahnı oxumağa çağırırlar. Mənim elə proqramda nə işim var?! Bu sənətçiyə, sənətə olan ən böyük təhqir və hörmətsizlikdir"./Teleqraf.com
Oxu24.com
ŞƏRHLƏR