Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
51278
az

SON DƏQİQƏ! Hava ilə bağlı xəbərdarlıq edildi

12:0726 Mart, 2021
2876
CƏMİYYƏT
  • A

Martın 27-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  Oxu24.com-a  verilən məlumata görə, martın 27-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Gündüz yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 5-7 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq.

Bakıda gecə 5-7 dərəcə  isti, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 faiz olacaq. 

Martın 27-də gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı  yerlərdə intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi, dağlıq ərazilərdə  qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-6 dərəcə isti, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Martın 27-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi və  rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qocalmanı sürətləndirən 5 amil
Telefonu gün ərzində neçə dəfə doldurmaq olar?
Bu da Üzeyir Mehdizadənin ATASI - FOTO

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO