Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
512
az

“Sosial şəbəkələrdə uydurma məlumatlar yayılır” - MSK

18:1111 Aprel, 2018
1109
SİYASƏT
  • A
 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində səsvermə prosesi seçki subyektlərinin və seçicilərin azad davranışı şəraitində və ümumən qanunvericiliyin tələblərinə uyğun keçir.

Mərkəzi Seçki Komissiyasından "Oxu24.com"ya daxil olan məlumata görə, ümumilikdə seçkilər dövrü və səsvermə günü hazırki vaxta qədər hər hansı qanun pozuntusunun olmasına dair Mərkəzi Seçki Komissiyasına heç bir rəsmi məlumat daxil olmayıb:

"Lakin sosial şəbəkələrdə seçkilərin demokratikliyinə və şəffaflığına kölgə salmaq istəyən bəzi maraqlı qüvvələr (Meydan TV və onun yaydığı məlumatları tirajlayan 2-3 maraqlı subyekt) tərəfindən həqiqətə uyğun olmayan və heç bir fakta söykənməyən uydurma məlumatlar yayılır.

Belə saxta məlumatlara misal olaraq demək olar ki, guya 17 saylı Yasamal üçüncü seçki dairəsinin 5, 6 və 7 saylı seçki məntəqələrində seçki qutularının standartlara cavab verməməsi, komissiya üzvlərinin yuxarıdan tapşırıqla işlədiklərini etiraf etmələri, seçki qutusuna topa bülleten atılması kimi ciddi qanun pozuntularının baş verdiyini müşahidəçi Əli Zeynalova istinadən iddia edilir, halbuki həmin şəxs qeyd edilən dairənin ərazisində və məntəqələrdə ümumiyyətlə müşahidə aparmayıb. 52 saylı məktəb 15 saylı seçki dairəsinin ərazisində olduğu halda, həmin məktəbdə 17 saylı seçki dairəsinin 5, 6 və 7 saylı seçki məntəqələrinin yerləşməsi, 57 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi mövcud olmadığı halda həmin dairədə qanun pozuntularının baş verməsinin iddia edilməsi, anonim müşahidəçilər adından onlara maneələrin yaradılması da bu qəbildəndir.

MSK hesab edir ki, bu kimi saxta məlumat yayan internet resurslarının və sosial şəbəkə profillərinin əsas məqsədi ölkəmizdə keçirilən azad, demokratik və ədalətli seçkilərə kölgə salmaq, eyni zamanda beynəlxalq və yerli müşahidəçilərə yanlış məlumat vermək və onları yanıltmaq məqsədi daşıyır. 60000-dən artıq yerli və beynəlxalq müşahidəçinin heç bir maneə olmadan fəaliyyət göstərdiyi və 1000 veb-kamera vasitəsilə “online” rejimdə birbaşa izləmə imkanı təmin edilən bir şəraitdə yayılan bu cür saxta məlumatların ciddi qəbul edilməsi qeyri-mümkündür.

MSK xüsusi olaraq vurğulayır ki, Azərbaycan seçicilərinin hüquqlarının qorunması üçün zəruri olan bütün tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirmək, mümkün pozuntuların qarşısının almaq və hər hansı bir pozuntu baş verdiyi tədqirdə nəticələrinin aradan qaldırılması istiqamətində lazımi addımlar atacaqdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

COP29 Çağrı Mərkəzi fəaliyyətə başladı
Sahibə Qafarova Sinqapurda səfərdədir
İran Azərbaycandan nə istəyir? – AÇIQLAMA

112 yaşında öldü

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Gürcüstandakı toyda 9 azərbaycanlı   bir-birini       bıçaqladı