Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5115
az

Bakıda ölən piyadanın yaxınları axtarılır - FOTO

23:5009 Sentyabr, 2018
1148
KRİMİNAL
  • A
 Bakıda avtomobilin vuraraq öldürdüyü piyadanın yaxınları axtarılır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, sentyabrın 5-də gecə saat 01:24-də Nərimanov rayonu Z.Bünyadov prospektində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında 55-60 yaşlarında naməlum kişi yol nəqliyyat hadisəsi zamanı avtomobil vurması nəticəsində dünyasını dəyişib.

Onun xarakterik əlamətləri: boyu 170-santimetr, arıq bədən quruluşlu, saçları ağdır. Şəxsiyyəti məlum olmayan şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə (012) 490-88-27, həmçinin 055-277-71-53 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göldə 40 yaşlı kişinin meyiti tapıldı
Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı
Zaqatala dağlarında faciə: ayı qazini parçaladı