Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50994
az

Qarabağda bu döyüş təcrübəsindən istifadə edilib və Baydenin məktubu, əslində... - ŞOK DETALLAR

22:3222 Mart, 2021
2443
ÖZƏL BÖLÜM
  • A

“ABŞ Prezidenti Co Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubla tanışam. Çox xoşməramlı bir məktubdur. Azərbaycan xalqının bir nümayəndəsi kimi Co Bayden cənablarına bu xoşməramlı göndərişi münasibətilə təşəkkür edirəm. Bu məktub bir daha ondan xəbər verir ki, Azərbaycan regionun nüfuzlu, söz sahibi olan lider dövlətinə çevrilib”.

Bu fikirləri Publika.az-a müsahibəsində Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Məmmədov deyib.

 

- ABŞ Prezidenti Co Bayden Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb və Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Baydenin Azərbaycana bu səviyyədə diqqəti nədən xəbər verir?

- ABŞ üçün Azərbaycanla yüksək səviyyədə tərəfdaşlıq münasibətlərinin olması vacibdir. Co Bayden məktubunda regionda dayanıqlı, stabil sülhün qorunması və ona nail olunmasına da toxunub. Bu da Prezidentimizin müharibə və ondan sonrakı dövrdə bütün çıxışlarında səsləndirdiyi fikrə dəstək və hörmətdir. Cənab Prezident bütün çıxışlarında qeyd edir ki, Azərbaycan dövləti regionda və qonşular arasında sülhün tərəfdarıdır. Dayanıqlı sülhə nail olmaq üçün əlimizdən gələni edirik. Hesab edirəm ki, bu məktub bundan sonra da Azərbaycanla ABŞ arasındakı münasibətlərin yüksələn xətlə inkişaf edəcəyini göstərir. Təbii ki, bu, hər iki dövlətin xeyrinədir.

 

 

 

- ABŞ-ın İkinci Qarabağ müharibəsi və Azərbaycanın tarixi qələbəsi ilə bağlı mövqeyi barədə nə düşünürsünüz? ABŞ-ın yalnız rəsmi səviyyədə Qarabağ müharibəsinə reaksiya verməsi və de-fakto proseslərə müdaxilə etməməsi Azərbaycanın xeyrinə oldumu, yoxsa tam əksinə?

- ABŞ, Rusiya və onlara bənzər bir neçə dövlət dünyanın güc mərkəzləridir. Onlar dünyada baş verən hadisələrə nəzarət edə biləcək və bu hadisələri istiqamətləndirən qüvvəyə sahibdirlər. Təbii ki, bu dövlətin daxilində müxtəlifmeylli qruplaşmalar, siyasətçilər, parlamentarilər var. 44 günlük müharibə dövründə də, hətta ondan qabaqkı dövrdə də müəyyən qüvvələr Azərbaycanın əleyhinə çıxış edib. Amma ümumilikdə, bunların heç biri Amerika Birləşmiş Ştatlarının mövqeyini əks etdirmir. Mövqe əks etdirən Co Baydenin İlham Əliyevə ünvanladığı məktubdur. Bu məktub sübut edir ki, ABŞ Azərbaycanla yaxşı münasibətdə olmağı arzu edir. Bu, çox vacib məqamdır.

- NATO-nun Əfqanıstan missiyasında Azərbaycan hərbçilərinin iştirakı ölkəmizə və ordumuza hansı töhfələri bəxş edir?

- Azərbaycan hər zaman və hər yerdə hərbi sahədə ABŞ-a dəstək göstərib. 44 günlük müharibədən keçdik. Müharibədə döyüş təcrübəsi öyrənilir. Bu döyüşlərdə uğurlarımızı da, nöqsanlarımızı da analiz edib ondan nəticə çıxardıq. Buna əsaslanaraq ordumuzun döyüş qabiliyyətinin daha da yüksək olması üçün, təbii ki, tədbirlər görəcəyik. Uzun illərdir Azərbaycan NATO-nun sülhməramlı missiyasının tərkibində Əfqanıstan və digər regionlarda fəaliyyət göstərir. Orada iştirak edən hərbçilərimiz fəaliyyətləri ərzində böyük təcrübələr toplayıblar və bu təcrübədən, yəqin ki, 44 günlük müharibə zamanı da istifadə olunub.

Eyni zamanda, biz sülhməramlı missiyada iştirak etməklə göstəririk ki, Azərbaycan sülh tərəfdarıdır. Biz dünyanın bütün nöqtələrində sülhə çalışırıq və buna öz töhfəmizi veririk.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkhaqqı ilə bağlı dəyişiklik maaşlara təsir edəcək? - Əhalinin diqqətinə
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı