Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50907
az

Ramizi öldürən səbəb – Dostu Lerikdə...(VİDEO)

15:1121 Mart, 2021
4556
ÖZƏL BÖLÜM
  • A

Ramizin vəsiyyəti nə idi?

Biri var idi, bütün dostlarını yığıb yeni layihələrə başladığını dediyi zaman, ailəsi ilə xoşbəxt şəkillər paylaşdığı bir gün qəfil aramızdan getdi... Ömrünün 41-ci ilində ölümü ilə hər kəsi şok edən aktyor Ramiz Hüseynzadə...

 

 

Ramiz Hüseynzadə 1979-cu il sentyabrın 8-də Bakıda anadan olub. 
Bir zamanlar Azərbaycanda yumor proqramları arasında “nömrə 1” olan “Tək səbir”in yaradıcılarından olub. 
Ramiz müxtəlif televiziya kanallarında aparıcı və prodüser olaraq çalışıb. “Taksi” verilişinin prodüseri, “Tək səbir” verilişinin baş prodüseri, “Arı şou” verilişinin yaradıcısı və aparıcısı olub. 2008-ci ildən “ARI Production”ın təsisçisi və rəhbəri kimi fəaliyyət göstərib. Arı şou Azərbaycan telekanallarında ən yaddaqalan iynəli proqramlardan biri idi.


Ramiz Hüseynzadə bir sıra sevilən filmlərin ssenaristi olub. O, “Toy” (II), “Hippokrat andı”, “Yumurta (II)”, “Hozu”, “Samedik”, “Toydan sonra nağara” və s. filmlərin ssenaristi, prodüseri olub. Çalışdığı filmlərin əksərində aktyor kimi də rol alıb. 

Ramiz Hüseynov sənət camiəsində hamı tərəfindən tanınırdı. Uzun illərdir sırf bu proseslərin içində olsa da, ekrana, prosesin görünən tərəfinə az hallarda çıxırdı. Bütün böyük layihələrdə yükü çəkən tərəf olurdu. Onu bütün sənət yoldaşları deyib gülən, hər kəslə dil tapan sevimli bir insan kimi tanıyırdı. Son dövrlər çəkilən bir çox komediya filmlərində yaxından iştirak edib. “Hozu filminin ssenari müəllifi olub, eyni zamanda filmdə önəmli rollardan birini oynayıb


Ramiz Hüseynzadə oynadığı rollarda həm də adı ilə diqqət çəkir, bütün filmlərdə öz adı ilə - Ramiz adı ilə çıxış edib. Komediya filmlərində belə...


Ramiz Hüseynzadənin dostlarının məlumatına görə mərhum yeni işlərə start veribmiş. Yeni layihələri ilə bağlı çox sevincli imiş. Ölümündən 8 gün əvvəl açılışını etdiyi obyektdə həftənin müəyyən günləri “Stand-up” şoular təşkil edir, ölkənin tanınmış stəndapçıları həmin məkanda tamaşaçıların qarşısına çıxırmış.

Mərhumun dostlarının məlumatına görə o, yüksək təzyiqdən əziyyət çəkirmib Uzun illərdir o o tez-tez başının ağradığını, təzyiqinin yüksək olduğunu deyib. Hətta bir dəfə sənət yoldaşlarından biri onu Lerikdə olarkən son anda xəstəxanaya çatdırıb. Həmin gün də Ramizin vəziyyəti ağır imiş. Son 10 gün ərzində isə o yüksək təzyiqlə gəzir, limondan istifadə edir, təzyiqini salmağa çalışırmış. Anası da Ramizlə eyni yaşda, eyni xəstəlikdən dünyasını dəyişib. 
Həmin gün isə günorta saatlarında evə gəlib və özünü yaxşı hiss etmədiyini deyib. Sonra yatıb, yuxudan ayılanda sağ tərəfinin keyidiyini bildirib. Təcili yardım çağırıblar. Təcili yardım gələnə qədər artıq beyninə qan sızıb. Beləliklə, aktyor gözlənilmədən 41 yaşında yüksək təzyiqdən beyninə qan sızması nəticəsində dünyasını dəyişib. 


İki oğlu, bir qızı var: İlkin, Abdul, Məryəm... Böyük övladının 22 yaşı var. Ramiz qızı Məryəmi çox sevirdi. Bu sevgi, eyni zamanda qızının da ona qarşı məhəbbətinin böyük olduğu fotolardan bəllidir. Ramizin paylaşdığı hər 3-5 fotodan birində qızı var...


Gənc insanların ölümü bir çox yöndən faciəvi olur. Əzizləri, dostları heç vaxt gənc birinin qəfil öləcəyi barədə düşünmür. Məhz bu səbəbdən qəfil ölümlər insanların xatirələrinə, ümidlərinə dağ çəkir. Gənc insanlar dünyasını dəyişəndə həm də özündən sonra bir çox yarımçıq xatirələr, ideyalar saxlayır. Hansı ki, bu xatirələr açıq yara kimi bir ömür onun əzizlərini, tanışlarını sızladır. Ramizin gözəl günlərin birində etdiyi paylaşım da ölümündən sonra çox düşündürdü.O, deyirdi ki, bu sözləri mən öləndən sonra yazın, hər yerə vurun, amma mənim adım olsun: Kütlənin sevgisini duyursan, amma bir nəfərin sevgisini hiss etmək istəyirsən. Biz də sənin vəsiyyətinə əməl edirik, Ramiz. Adını da bu sözlərinin altından bir daha qeyd edirik: biri var idi, Ramiz Hüseynzadə...

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür
Əhaliyə müjdə: maaş, pensiya və müavinətlərlə bağlı yeni qərar olacaq - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO