Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50835
az

18+ Ereksiya haqqında 10 maraqlı fakt

01:3819 Mart, 2021
4405
  • A

Ereksiya hər bir kişi üçün adi haldır.

Hər şeyin asan qurulduöunu düşünürsən. Lakin ənənəvi fiziologiya belə səni təəcübləndirə bilər. Bu məqalədə ereksiya haqqında 10 maraqlı fakta yer verilib.

 

Səhər, gecə, reflektor, psixogen...Bəli, bunlar hamısı ereksiyaya aiddir. Onun bir neçə növü var. Ereksiya seks haqda düşündükdə, birbaşa stimulyasiya zamanı, erotik filmlərə baxdıqda və hətta gözlənilmədən baş verə bilər...

1.Yatarkən də “durur”


Bir çox kişi bilmir ki, gecə yatarkən belə onlarda bir neçə dəfə ereksiya baş verir. Sürətli yuxu fazasında insanda testosteron artır və noradrenalin azalır.

Bu hormon isə ereksiyanın ən birinci düşmənlərindəndir. Bu iki amil üst-üstə düşdükdə penis böyüməyə başlayır. Belə ereksiyalar yuxu zamanı 3-5 dəfə baş verə bilər və yarımsaat çəkə bilər.

2. Səhər ereksiyasına testosteron cavabdehdir


Səhər ereksiyası demək olar ki, adi bir hal kimi qəbul edilir. Heç kim artıq ona diqqət yetirmir. Lakin səbəb nədir? Bu yuxarıda qeyd etdiyimiz gecə ereksiyasının davamıdır.

Yuxudan ayıldıqda da bədəndə testosteron artır. Paralel olaraq qanda azot oksidinin tərkibi dəyişir və analoji reaksiya işə düşür.

3. İlk ereksiya doğulmamışdan əvvəl baş verir


Maraqlıdır, lakin ilk ereksiya insan doğulmamışdan qabaq baş verir. Bu uşağın ana bətnində 16-cı həftəsində baş verir.

4. Oral nəvazişlər ən səmərəlidir


ABŞ-ın İndiana Universitetinin mütəxəssisləri maraqlı tədqiqat aparıblar. Məlum olub ki, oral seksdən sonra kişinin cinsiyyət orqanının ölçüləri maksimal dərəcədə artır. Və bu ereksiya əl stimulyasiyası ilə müqayisədə daha uzun çəkir.


5. Ölçü göstərici deyil


Passiv vəziyyətdə olan cinsiyyət orqanına baxıb hansısa qərara gəlmək yanlışdır. Çünki fərq size çox təəcübləndirə bilər. Alimlər sübut edib ki, passiv vəziyyətdə balaca görsənən penislər ereksiya zamanı 86%-dək, nisbətən böyük görsənənlər isə 47%-dək böyüyə bilirlər.

6. Erektil disfunksiya daha ciddi xəstəliklərə işarə ola bilər


Ereksiya ilə bağlı problemlər tez-tez şəkər, Parkinson, seyrək skleroz, yüksək xolesterin və ürək-damar sisteminin müxtəlif problemləri kimi çox ciddi xəstəliklərin simptomu qismində çıxış edir.

7. Siqaret çəkmək penisin ölçüsünü kiçildir


Məlum faktdır ki, siqarət çəkmək normal potensiyaya mane olur. Mütəxəssislər tütün çəkməyin daha bir pis xüsusiyyətini aşkar ediblər.

Mütəmadi olaraq siqaret çəkən insanlar, hətta ereksiya zamanı, penislərinin təxminən bir santimetrə qədər balacalaşdığını müşahidə edə bilərlər. Məsələ ondadır ki, ehtirasl zamanı cinsiyyət orqanının kavernoz cisimləri qanla dolur.

Ereksiya məhz belə baş verir. Siqaret çəkən insalarda isə qan dövranı pozulur, damarlar isə daralır. Cinsi sistemin orqanları qanla normal təmin olmadığı üçün bu penisin ölçüsünə təsir edir.

8. Potensiya qaldırmaq üçün nəzərdə tutulmuş preparatlar asılılıq yaradır


Mütəxəssislər belə dərmanlardan və preparatlardan uzaq durmağı məsləhət görür. Onlar asılılıq yarada bilər və həmçinin ciddi yan təsirlərə malik ola bilərlər.

9. Penis bumeranq formasını ala bilir
Niderlandlı alimlər maraqlı faktı təsbit ediblər. Onlar cinsi əlaqə zamanı penisin maqnit-rezonans araşdırmasını aparıblar. Məlum olub ki, cütlük standart vəziyyətdə sekslə məşğul olarkən penis bumeranq formasını alır.

10. Ereksiyasız da orqazma çatmaq olar


Bəzən orqazm ereskiyasız baş verir. Bundan əsasən, cinsi funksiya ilə bağlı problemi, lakin libidosu yüksək olan olğun kişilər əziyyət çəkir.

Qeyd etmək lazımdır ki, bu ciddi simptomdur. Fizioloji və ya psixoloji problemlərin mövcudluğuna dəlalət edir. Əgər bu tez-tez baş verirsə mütləq həkimə baş çəkin.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Bakıda dəhşətli anlar: Qadını maşın belə vurdu (18+)

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi