Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50832
az

Böyrəklərinizin yaxşı işləmədiyini göstərən- 7 əlamət

09:5219 Mart, 2021
1359
TİBB
  • A

Böyrəklərin işində pozulma olan kimi o sizin ilk öncə əhəmiyyət vermədiyiniz, lakin gözlə görünən siqnallar verir.

Böyrəklər üzərinə böyük iş götürüb, orqanizmdən artıq kalsiumu, duzları, toksinləri çıxarır, mineral balansı tənzimləyir, sidik ifrazını təmin edir.
Son zamanlar həyat tərzimiz onların fəaliyyətini çox tez pozur.

Medicina.az xəbər verir ki, böyrəklərinizin işində problem olduğunu göstərən siqnalları təqdim edir.

1. Yata bilməmək, narahatlıq, yuxuda apnoe-tənəffüsün pozulması

2. Ümumi zəiflik, baş ağrıları, yorğunluq – böyrəklər orqanizmdə D vitamininin saxlanmasını təmin edir. Böyrəklər xəstə olduqda orqanizmdə kalsium yuyulub gedir. Bu zaman beynin və əzələlərin vəziyyəti pisləşir. İnsanda güc azalması, yorğunluq, zəiflik başlayır.

3. Quru, qabıqlı, qaşınan dəri – Böyrəklər bədəndən şlak, toksin və artıq mayeni qovur. Onlar düzgün işləməyəndə bunlar qanda qalır və sümük, dəri xəstəliklərinə, qaşınmaya səbəb olur

4. Ağızdan xoşagəlməz qoxu – qanda toksinlərin artması ağız dadını dəyişir, iştah küsür, insan heç nədən dad almır, ağızfa bakteriyalar artır, pis qoxu gəlir

5. Təngnəfəslik – bədəndə qalan artıq maye ağciyərlər və ətrafına yığılır, oksigen aclığı yaradır. Bu da təngnəfəsliyə səbəb olur

6. Kürəkdə, beldə ağrı – kişilərdə hətta qasıq, ayaqlar arasında, budlardan aşağıda da ağrı olur. Tez-tez sidiyə getmə, qarında köp, yüksək hərarət

7. Üz, gözüstü, ayaqlarda şiş, ödem – yenə də artıq maye bədəndən qovulmadığı üçün bu nahiyələrdə xüsəsən axşama doğru şişkinlik yaranır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Meymunçiçəyinə yoluxan şəxsin     vəziyyəti   açıqlandı
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı