Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5081
az

Azərbaycanlı girovların erməni diversantlarla dəyişdirilməsi məsələsi ATƏT-in Varşava gündəliyinə salınacaq

00:0108 Sentyabr, 2018
1009
QARABAĞ
  • A
Sentyabrın 10-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Zirvə Toplantısı öz işinə başlayacaq. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edəcəklər.

Tədbirdə yaxından iştirak edəcək Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd ŞahidovAzad Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, bu dəfəki müzakirələrdə azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi bir daha qaldırılacaq: "Biz növbəti dəfə azərbaycanlı girovların məsələsini qaldıracayıq. Dilqəm Əsgərov və Şahbaz Quliyev artıq beşinci ildir ki, erməni girovluğundadırlar və davamlı işgəncələrə məruz qalırlar. Biz bu dəfəki çıxışımızı fərqli aspektdə quracayıq. Azərbaycan tərəfində saxlanılan erməni hərbi diversantlar Arsen Baqdasaryan və Karen Kazaryanın azərbaycanlı mülki girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişdirilməsi məsələsini ATƏT-in gündəliyinə çıxarmaq niyyətindəyik.”

Qeyd edək ki, ATƏT üzvü olan ölkələrin qatıldığı İnsani Dəyərlərin Tətbiqi Müşavirəsi Avropada hər il keçirilən ən böyük insan haqları və demokratiya konfransıdır. Hər il ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi tərəfindən təşkil olunan bu toplantı ATƏT üzvü olan 57 ölkə, Əməkdaşlıq üzrə ATƏT Tərəfdaşları, ATƏT-in müxtəlif strukturları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və digər müvafiq şəxslərin bir araya toplaşdığı, ATƏT-in insan haqları üzrə vəzifələrinin qiymətləndirildiyi, habelə mövcud problemlərin müzakirə edildiyi, faydalı təcrübələrin paylaşıldığı və gələcək inkişaf üçün qərarların verildiyi yeganə platformadır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirildi -FOTO
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Şuşaya gedənlərə xəbərdarlıq

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı