Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50774
az

Ölkədə ən gəlirli işlərdə maaşlar - SİYAHI

22:4417 Mart, 2021
1581
İQTİSADİYYAT
  • A

Azərbaycanda neft-qaz sektorunda əməkhaqqı 3 min 420,5 manat (əvvəlki aya nəzərən 2,8 faiz az*), qeyri-neft-qaz sektorunda isə 633,1 manat (2,8 faiz az) təşkil edib. Bu nominal hesabla götürülən orta aylıq göstəricidir.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə,  dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 603,4 manat (4,4 faiz az), özəl müəssisələrdə isə 796,3 manat (0,7 faiz az) olub.

Fevral ayının 1-nə olan göstəricilərə əsasən, mədənçıxarma sənayesində fəaliyyət göstərən işçilərin orta aylıq nominal əməkhaqqı 3 min 364,6 manat (3,1 faiz çox) təşkil edib. Rəsmi qeydlərə əsasən, özəl müəssisələrdə bu məbləğ 4 min 438,9 manat (3,4 faiz çox) olduğu halda, dövlət müəssisələrində daha az - 1 619,3 manat (1,2 faiz az) təşkil edib.

İkinci gəlirli sahə isə maliyyə və sığorta fəaliyyəti sektoru olub. Bu sahədə fəaliyyət göstərən şəxslərin orta aylıq gəliri 1 597,2 manat (7,1 faiz az) təşkil edib. Dövlət işində əməkhaqqı 1628,4 manat (5,5 faiz az), özəl müəssisələrdə isə 1 588,8 manat (7,6 faiz az) olub.

Növbəti gəlirli sahə isə informasiya və rabitə sahəsidir. Bu sahədə çalışanların orta aylıq nominal gəliri 1 073,7 manatdır (0,2 faiz az). Dövlət müəssisələrində orta aylıq nominal gəlir 842,2 manat (1,6 faiz çox) olduğu halda özəl müəssisələrdə əməkhaqqı 1 343,1 manat (1,6 faiz az) olub.

Digər gəlirli sektor peşə, elmi və texniki fəaliyyət sahəsi olub. Burada fəaliyyət göstərənlərin orta hesabla aylıq nominal gəliri 1 011,1 manat (14,9 faiz az) olub. Özəl sektorda çalışanlar 1 618,8 manat (14,3 faiz az) gəlir əldə edərkən, dövlət sektorunda çalışanlar isə orta hesabla 2,7 dəfə az - 589,4 manat (15,3 faiz az) gəlir əldə edib.

Dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində orta aylıq əməkhaqqı 865,8 manat (9,5 faiz az) olub. Dövlət müəssisələrində əməkhaqqı özəl sektora nisbətən üç dəfə çox, yəni, 895,3 manat (9,6 faiz az) ikən, özəl sektorda 312,5 manat (0,4 faiz az) təşkil edib.

Eləcə də, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda fəaliyyət göstərənlər orta hesabla 553 manat (3,2 faiz çox) əməkhaqqı alıb. Dövlət sektorunda maaş özəl sektora nisbətən iki dəfədən çox, yəni, 1 169,6 manat (2,1 faiz çox) təşkil etdiyi halda, özəl müəssisələrdə 529,5 manat (3,2 faiz çox) təşkil edib.

Digər sektorlarda çalışan şəxslərin orta aylıq nominal əməkhaqqı aşağıdakı kimi təsnif olunub:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xəbərdarlıq edildi: Mayın 1-dən bu içkinin qiyməti artacaq
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
Əhaliyə bəd xəbər: BAHALAŞACAQ...

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO