Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50761
az

SON DƏQİQƏ! DYP xəbərdarlıq etdi

19:5917 Mart, 2021
1301
REDAKTORUN SEÇİMİ
  • A

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Novruz bayramı öncəsi sürücülərə xəbərdarlıq edib.

İdarədən Oxu24.com-a  verilən məlumatda qeyd olunur ki, xüsusi texniki vasitələrlə, eləcə də yol polisinin müşahidələrinə əsasən bir sıra sürücülər idarə etdikləri avtomobillərdən ətrafa müxtəlif növ tullantılar atırlar:

“Belə hallar paytaxtın ümumi görüntüsünə təsir etməklə yanaşı ekologiyanın çirklənməsinə xüsusən pandemiya dövründə müxtəlif növ infeksiyaların yayılmasına səbəb olur.

Sürücülərin diqqətinə çatdırmaq istəyirik ki, bu cür xoşagəlməz addımlar əhalinin narahatçılığına və haqlı narazılığına səbəb olmaqla yanaşı həmçinin inzibati xətadır.

Bu hal İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən məsuliyyət yaradır.

Bir daha sürücülərdən xahiş edirik ki, bu növ qayda pozuntularını törətməkdən çəkinsinlər. Unutmamalıyıq ki, Novruz təbiətin insanlara bəxş etdiyi bayramdır.

Ətraf, mühiti və təbiəti qorumaq isə özümüzdən asılıdır”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Güclü leysan olacaq— XƏBƏRDARLIQ
DİQQƏT! Əhaliyə xəbərdarlıq edildi
Zaur Kamalın oğlu efirdə saqqız çeynədi - VİDEO

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
YDM-də işçiyə saxta əskinas verən şəxs saxlanıldı