Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5068
az

Bölgə liderlərinin görüşü başladı - ABŞ-a qarşı ittifaqın Tehran tariçəsi

16:3007 Sentyabr, 2018
1090
SİYASƏT
  • A

 İranın paytaxtı Tehranda Suriya məsələsini müzakirə etmək üçün bir araya gələn Ərdoğan, Ruhani və Putin ortaq mətbuat konfransı keçirir.

Oxu24.com  Türkiyə KİV-nə istinadən xəbər verir ki, ilk olaraq İran dövlət başçısı Həsən Ruhani çıxış edib:

“Suriyadakı savaşın alovlarını söndürmək, bütövlüyünü qorumaq, gələcəyini özü təyin etmə haqqına hörmət etmək üçün ortaq qəlib müəyyənləşdirmək çox önəmli idi. Biz Suriya böhranını həll etmək üçün hərbi seçimin işə yaramadığını vurğulamışdıq”.

 
“Terrorla mübarizə davam edəcək, biz sülh üçün savaşırıq” deyən Ruhani ABŞ-dan dərhal Suriyanı tərk etməsini istəyib. Vaşinqton hökumətini “işğalçı” adlandıran İran lideri “İlk və son rol Suriya millətinindir. İdlibdəki çatışmalar mülki şəxslərə zərər verməməlidir” deyib.

Ərdoğan çıxışında zirvədə alınacaq qərarların bütün dünya tərəfindən maraqla gözlənildiyini vurğulayıb:

“Bölgə xalqının taleyinin Əsəd rejiminin insafına buraxılmasına izn verə bilmərik. İdlibə ediləcək hücum qətliam, fəlakətlə nəticələnəcək. Türkiyə miqrant qəbul etmək limitini doldurub. Milyonla insan Türkiyə sərhədində dayanacaq. İdlibin qan gölünə dönməsini əsla istəmirik. Fıratın şərqində arzu etmədiyimiz hadisələr yaşanır. ABŞ  20-minə yaxın TIR-ı bölgəyə göndərib. Suriya rejimi də terrorçulara göz yumur”.

Rusiya prezidenti isə bildirib ki, Suriyada qalan terrorçular hazırda İdlibə yerləşiblər. Putin İdlibdə terrorçuların kimyəvi silah da daxil olmaqla müxtəlif təxribatlar hazırladığını qeyd edib.Ötən yanvar ayında Soçidə alınan qərar çərçivəsində Suriyada Konstitusiya Komitəsinin yaradılacağını xatırladan Putin “normallaşmanın təmin edilməsi üçün sosial, iqtisadi və insani durum yaxşılaşdırılmalıdır” deyib.  

Qeyd edək ki, Rəcəb Tayyip Ərdoğan zirvə görüşü öncəsi Vladimir Putin və Həsən Ruhani ilə təkbətək görüşüb.

   Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mehriban Əliyeva     başsağlığı     verdi
Naxçıvanda yeni İES tikiləcək
Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü