Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50674
az

Rövşən Əkbərovun qətlə yetirdiyi Elçinin anası elə bir ad çəkdi ki… – “O da günahkardır…”

18:0216 Mart, 2021
688
KRİMİNAL
  • A

Xəbər verdiyimiz kimi, Azərbaycanın Milli Qəhrəmanı, sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, 19 il əvvəl Ukraynanın paytaxtı Kiyevdə iş adamı Elçin Əliyevin qətlə yetirilməsində ittiham edilir. 

Savash.org xəbər verir ki, mərhum E. Əliyevin anası Səmayə Əliyeva Hit.az-a açıqlamasında oğlunun ölümündə R. Əkbərovla yanaşı, Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovu da ittiham etdiyini deyib.

S. Əliyeva bildirib ki, artıq onu prokurorluğa çağıraraq dindiriblər. “İki gündür bu işlə bağlı çağırırlar. Deyəsən, ədalətin zəfər çalmasına az qalıb. Mən də hadisə barədə bildiklərimi dedim. 20 ildir bu barədə danışmadığım mətbuat orqanı qalmayıb. Jurnalistlərə təşəkkür edirəm. Dediklərimi həmişə işıqlandırıblar. Ümid edirəm ki, iş obyektiv araşdırılacaq və günahkarlar, nəhayət, cəzasına çatacaq.

İşin başında Rövşən Əkbərov dayanır. Ancaq onunla yanaşı, Nazim İbrahimov da bu işdə günahkardır”.
Xatırladaq ki, rəsmi məlumata görə, R. Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs edilib. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qardaşı
Bakıda kişi gecə saatlarında özünü asdı
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı