Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50670
az

DİQQƏT! FHN əhaliyə müraciət edib

15:2316 Mart, 2021
1142
CƏMİYYƏT
  • A

Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib.

Nazirliyinin mətbuat xidmətindən  daxil olan müraciətdə deyilir:

"Hazırda bütün dünyada davam edən pandemiya fonunda ölkəmizdə də COVID-19 virusunun yayılması insanların həyat və sağlamlığı naminə Novruz bayramının bu il ənənəvi şəkildə qeyd olunmasını arzuolunmaz edir. 

Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması üçün ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, qarşıdan gələn qeyri-iş günlərini yalnız ailə üzvləri ilə keçirməyə, kütləvi məclislərdən və bir yerə toplanmaqdan çəkinməyə, şəxsi gigiyena qaydalarına riayət etməyə və qoruyucu maskadan istifadə etməyə çağırır.

Həmçinin, mümkün arzuolunmaz hadisələrin qarşısını almaq üçün yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyin vacibliyini bir daha xatırladırıq.

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rütbədən məhrum edilən general kimdir? - DOSYE
İtkin düşən 2 nəfər tapıldı
642 itkin şəxsə aid meyit qalığı ekshumasiya edilib

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
YDM-də işçiyə saxta əskinas verən şəxs saxlanıldı