Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50660
az

Kirayə qaldığı mənzili satın almaq istəyən şəxslərə ŞAD XƏBƏR

11:3516 Mart, 2021
1579
ÖZƏL BÖLÜM
  • A

Satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə şərtlər sadələşdirilir və yeni yanaşma tətbiq olunur.

İpoteka və Kredit Zəmanət Fondundan Oxu24.com-a  verilən məlumata əsasən, yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi istiqaməti üzrə prosedur və qaydalara müvafiq dəyişikliklər edilib.

Dəyişikliklər gəlirlərin qiymətləndirilməsi şərtlərinin daha da yumşaldılmasını, yaşı yuxarı olan ailə üzvü ilə birgə müraciət edən ərizəçi üçün uzun müddətə ödəmə imkanının yaradılmasını, habelə sabit vergi ödəyicilərinin də kirayə mənzil mexanizmindən faydalanmasını nəzərdə tutur.

Dəyişikliklərə görə, artıq kredit tarixçəsinin müsbət qiymətləndirilməsi üçün ərizəçinin "bütün kredit tarixçəsi müddətində 90 gündən çox gecikdirilmiş öhdəliklərinin olmaması” tələb olunmur.

Digər dəyişikliyə görə isə ailə üzvü ilə birgə müraciət edən ərizəçiyə satmaq öhdəliyi ilə kirayə müqaviləsi üçün maksimal müddət təyin edilərkən yalnız ərizəçinin yaşı əsas götürüləcək.

Əvvəlki şərtlərə əsasən, ərizəçi ilə birgə yaşı yuxarı olan ailə üzvü müraciət etdikdə, ailə üzvünün yaşına görə kirayə müqaviləsi daha az müddətə təyin edilirdi ki, bu da aylıq ödənişin artması səbəbi ilə ərizəçinin ödəmə qabiliyyətinə və yaşayış sahəsini seçmək imkanına təsis göstərirdi.

Bundan başqa, Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə (bərbər, dərzi, çəkməçi, pinəçi, foto, audio-video xidməti, toy və şənliklərdə aparıcı, çalğıçı və s.) muzdlu işçi cəlb etmədən fərdi qaydada məşğul olan şəxslərin - sabit vergi ödəyicilərinin də kirayə mənzil mexanizmindən faydalanması üçün yeni yanaşma tətbiq olunur.

Yeni yanaşmaya uyğun olaraq, qanunvericiliklə nəzərdə tutulan vergi və digər ödəmələri vaxtında həyata keçirən, lakin gəlirlərini təsdiq edə bilməyən sabit vergi ödəyicilərinin orta aylıq gəliri fəaliyyət müddətlərinə görə təyin ediləcək və minimum aylıq əmək haqqının müvafiq mislinə uyğun hesablanacaq. Bununla da həmin şəxslərin uzunmüddətli ödəmə şərtləri ilə mənzil sahibi olma imkanının ilk dəfə olaraq kirayə mexanizmi çərçivəsində reallaşdırılması mümkün olacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Bakıda dəhşət! İt sahibini yedi