Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50609
az

Restriktiv kardiomiopatiya

21:3915 Mart, 2021
1003
TİBB
  • A

Restriktiv kardiomiopatiya endokardın və miokardın zədələnməsi ilə müşayət olunan xəstəlikdir.Xəstəlik  diastola zamanı mədəciklərin dolması,hər iki mədəciyin diastolik disfunksiyasının inkişafı və diastolik ürək çatışmazlığının proqressivləşməsi ilə nəticələnən ürək xəstəliyidir.
Destruktiv kardiomiopatiya ürəyin etiologiyası məlum olmayan birincili xəstəliyidir. Xəstəlik bəzi hallarda bir sıra məlum xəstəliklərdən inkişaf edərək ikincili də ola bilir.
Xəstəliyə nadir halarda rast gəlinir.
Destuktiv kardiomiopatiyanın ikincili əmələ gəlməsinə aşağıdakı xəstəliklər səbəb ola bilir:
- amiladoz
- hemoxromatoz
- sistem sklerodermiyası
- sarkaidoz
- ürəyin karsinoid xəstəliyi
- qlikogenez
- ürəyin radiasion zədələnməsi
- ürəyin keçirici sisteminin zədələnməsi
Xəstəliyin gedişinin 3 mərhələsi ayırd edilir:
1.Nekrotik mərhələ - endokardın,miokardın eozinofil infiltirasiyasının olması
2.Trombolitik mərhələ - divarönü,boşluqdaxili və damardaxili trombların əmələ gəlməsi
3.Fibroz mərhələsi - parietal endokardla yanaşı axın yolları zədələnir,mitral və üçtaylı qapaq çatışmazlığı yaranır.
Restruktiv kardiomiopatiya ürəyin sağ şöbəsinin zədələnməsinin üstünlüyü ilə getdiyinə görə xəstələrdə ürək çatışmazlığı əlamətləri meydana çıxır.Xəstələr digər patologiyalardan da əziyyət çəkirlər:
- ödem
- assit
- sianoz
- qara ciyər və dalaqda durğunluq əlamətləri
- boyun venalarını şişməsi
- hepato-yuqalyar reflyuks
Xəstəliyə diaqnozun qoyulmasında rentgenoqrafiyanın,EKQ-nin və exokardioqrafiyanın nəticələri əsas götürülür.
Kompyuter və maqnit rezonans tomoqrafiyasının diaqnozun dəqiqləşməsində rolu böyükdür.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hansı bağırsaq şişləri ən təhlükəlidir?
Sonsuzluğun müalicəsində yeni üsul tapılıb
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY
Yuxuda pul görməyin mənası nədir... - Yuxuyozma

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusları aşkarlayıblar
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı