Özünü plastik cərrah kimi təqdim edən qadın saxlanılıb.
Oxu24.com Dailymail-ə istinadla bildirir ki, iki dəfə uğursuz əməliyyat etdiyi şəxsi ağrılar içində qoyan 56 yaşlı saxta həkim şikayətlər əsasında tutulub.
The Miami Herald yazır ki, Floridanın Doral şəhərində yerləşən "Millennium Anti-Aging and Surgery Center"də plastik cərrah işləyən 56 yaşlı Alcalira Jimenez De Rodriguez pasiyentin şikayəti əsasında saxlanılıb.
Polislər klinikaya basqın edən zaman o başqa bir xəstəni əməliyyat edirmiş.
Qeyd edək ki, o, birinci pasiyentdən əməliyyatı üçün 2800 dollar alıb.
Oxu24.com onun fotolarını təqdim edir:
Oxu24.com
ŞƏRHLƏR