Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50594
az

İtkin düşmüş şəxsin meyiti kanaldan tapıldı

20:0015 Mart, 2021
438
KRİMİNAL
  • A

Göyçay rayonunda itkin düşən şəxsin meyiti su kanalından tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Göyçayın Ləkçıplaq kənd sakini, 1969-cu il təvəllüdlü Əhmədov Coşqun Əhməd oğlu martın 12-də yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Qonşular bu gün onun meyitini yaşadığı evin yaxınlığındakı qrunt sularının axıdıldığı drenaj kanalından tapıblar.

Məlumata görə, həyat yoldaşından ayrılan, spirtli içki və narkotik aludəçisi olan, tüfeyli həyat sürən Coşqun Əhmədov martın 12-də sərxoş vəziyyətdə kanalın üstündəki piyada körpüsündən keçərkən palçıqda ayağı sürüşərək suya düşüb. O, köməksiz vəziyyətdə qaldığı üçün boğularaq ölüb.

Onun meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO
Hacıqabulda 14 yaşlı yeniyetməni bıçaqlayan şəxs məlum olub
Vüsal Həşimov həbs olunub

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO