Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5058
az

Bizdə Azərbaycandakı qədər pul yoxdur - Lukaşenko kasıbçılıqdan gileyləndi

10:3007 Sentyabr, 2018
1857
SİYASƏT
  • A
 Belarus prezidenti Aleksandr Lukaşenko bu gün baş nazir Sergey Rumasla Minskdə keçiriləcək II Avropa Oyunlarına hazırlıq məsələsini müzakirə edib.

Femida.az “Telegraf.by”a istinadla xəbər verir ki, onun sözlərinə görə, sentyabrın 4-də Avropa Olimpiya Komitəsinin prezidenti Yanez Koçiyançiçlə görüşüb və turnirin problemlərini müzakirə edib.

“Azərbaycan bu çempionata çoxlu maliyyə ayırdı. Biz böyük xərclərdən qaçmalıyıq (Bizdə bu qədər pul yoxdur)”, - prezident bildirib.

Onun fikrincə, Minskdəki Avropa Oyunları “öz ucuzluğu, dövlətimizin və xalqımızın açıqlığı ilə seçilməlidir”.

Sergey Rumasın Belarus Futbol Federasiyasına rəhbərlik etdiyini nəzərə alaraq, Aleksandr Lukaşenko bu sahədəki vəziyyətlə də maraqlanıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Makronun reytinqləri rekord səviyyəyə enir
İbrahim Kalın Suriya lideri Əhməd əl-Şaraa ilə görüşdü -FOTO/VİDEO
Netanyahu Trampa bomba qərarına görə təşəkkür etdi