“İnsan deyə bilməz ki, ömrümün axırına kimi bir insana sadiq olacağam. Başqalarını bilmirəm, amma bir şəxs ikinci dəfə həyatıma qayıda bilməz. Bitirsə, gedir. İki insan arasında elə hisslər yaşanır ki, ayrılanda səbəbi olur.
Unudub, yenidən başlaya bilmirsən. Elə səbəblər var ki, geri dönüşü olmaz. Həyatıma qayıdan olub, amma məndə alınmayıb. Onun sevgisinə ürəyim də ağrıyıb, bir şans verməyə çalışmışam, amma alınmayıb”.
Oxu24.com Axsam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova “Zaurla Günaydın” proqramında deyib. Sevgidən danışan müğənni etiraflar edib. O bildirib ki, həyatına girən kişiləri dəli kimi sevib:
“Sevəndə dəli kimi sevirəm. Hər şeyə qadir oluram. Sevdiyim insan üçün risklər edə bilərəm, etmişəm də. İllərə nəzər yetirsəniz, sevgililərim barədə hər zaman danışmışam. Heç vaxt gizlətməmişəm.
Elə hisslərdir ki, istəyirsən hər kəslə bölüşəsən. Kim həyatımda olubsa, hər birini sevmişəm. Sevgisiz münasibət ola bilməz. Hər kəsi böyük məhəbbətlə sevmişəm. Hazırda həyatımda ancaq sənətə sevgi var. Mənə xəyanət etməyən sevgidir”.
Oxu24.com
ŞƏRHLƏR