Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5049
az

Parkda arvadına 8 bıçaq zərbəsi vurdu, başını kəsməyə çalışdı

19:0606 Sentyabr, 2018
941
KRİMİNAL
  • A
Şəki Ağır Cinayətlər Məhkəməsində arvadının başını kəsmək istəyən şəxsin məhkəməsi prosesi başa çatıb.
Oxu24.com“Ölkə.Az”ın məlumatına görə, cinayət məcəlləsinin 29.120 (ölümə cəhd) maddəsi ilə təqsirləndirilən Həşimov Rəşad Fikrət oğlunun məhkəməsinə hakim Xəqani Səmədov sədrlik edib.

İttiham aktına görə, bu ilin yanvar ayında Göyçay rayonunun Kürdəmiş kənd sakini olan 42 yaşlı Həşimov Rəşad Fikrət oğlu həyat yoldaşı, 1987-ci il təvəllüdlü Kərimova Vüsalə Eyvaz qızı ilə mübahisə edib. Sonra Rəşad Həşimov Vüsalə Kərimovanı Göyçay şəhərinin mərkəzindəki parkda bıçaqlayandan sonra onun başını kəsməyə çalışıb.

İlkin araşdırma zamanı məlum olub ki, o, boşanmaq ərəfəsində olduğu xanımına 8 bıçaq xəsarəti yetirib. Daha sonra bıçağı qadının boğazına dirəyərək, onun başını kəsməyə çalışan R.Həşimova ətrafdakı insanlar mane olub. Onlar müdaxilə edərək qadını 42 yaşlı kişinin əlindən alıblar. Vüsalə Kərimova Göyçay şəhər Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Hadisədən sonra bıçaqla özünə ağır xəsarət yetirən R.Həşimov da həmin xəstəxanaya aparılıb.

Rəşad Həşimov sabiq bələdiyyə sədrinin oğludur. Vüsalə ilə ailə həyatı qurandan sonra onunla yola getməyib, birgə nikahdan 1 övladları var. Ancaq ayrı yaşayıblar. Rəşad çox vaxt Bakıda olub, orada işləyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu