Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50408
az

Azərbaycanda sürətli bahalaşma: Spirtli içkilər, ərzaq və bütün məhsullar...

22:2411 Mart, 2021
4441
İQTİSADİYYAT
  • A

Azərbaycanda siqaretin qiyməti növbəti dəfə artılıb. Onun satışı ilə məşğul olan şəxslər firmalar tərəfindən bütün növ siqaretlərin 20 qəpik baha qiymətə göndərildiyini diqqətə çatdırıb.
Mövzu barədə Yenisabah.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, siqaretin qiymətinin artması gözlənilən idi:
“Çünki fevral ayında aksiz vergilərində dəyişiklik edildi. Logistika xidmətləri də bahalaşıb. Dizel yanacağının qiymətinin artması daşımaçılığı da artırıb və bunlar bir-birinin üzərinə gələndə siqaretin qiymətinin artması normaldır. Burada qeyri-adi bir şey baş vermədi. Hətta mən bu artımın daha tez olacağını gözləyirdim”.
Mövcud bahalaşmanın digər məhsullara təsir edib-etməyəcəyinə gəldikdə isə ekspert bildirib ki, bunu siqaretə bağlamaq doğru deyil:
“Zatən bahalaşma bir çox sahələrdə sürətlə gedib. Tütün məmulatları və spirtli içkilərin qiymətinin, aksiz vergilərinin dərəcələrinin artırılması dünyanın hər yerində hökumətlər üçün daha rahatdır. 
Azərbaycanda da artıq 2-3 ildir ki, ard-arda aksiz dərəcələrinin artdığını görürük. Sosial məsələ olmadığına, həm də qiymət artımı sağlam həyat tərzinə təşviq kimi təqdim edildiyinə görə daha rahat davranırlar. Düşünürəm ki, bundan sonra da spirtli içkilərdə və tütün məmulatlarında qiymət artımı ola bilər. 
Hökumət bunu rahat edəcək, çünki bu, bir etiraza səbəb olmur. Digər məhsulların qiymət artımı isə insanları ciddi narahat edir. Buna baxmayaraq, bayramqabağı ərzaq məhsullarında növbəti artım dalğasının olması ehtimalı da kifayət qədər yüksəkdir”.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xəbərdarlıq edildi: Mayın 1-dən bu içkinin qiyməti artacaq
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
Əhaliyə bəd xəbər: BAHALAŞACAQ...

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ