Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50353
az

SON DƏQİQƏ! BAŞ NAZİR TƏCİLİ İCLAS KEÇİRDİ

20:3210 Mart, 2021
4069
  • A

Martın 10-da Baş nazir Əli Əsədovun sədrliyi ilə 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə yaradılmış Dövlət Komissiyasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetindən  Oxu24.com-a  verilən məlumata görə, iclasda Komissiyanın üzvləri və dəvət edilmiş şəxslər – təcavüzə məruz qalmış şəhər və rayonların icra hakimiyyəti başçıları və digər rəhbər şəxslər iştirak ediblər.

İclas zamanı dəymiş ziyanın qiymətləndirilməsi, ilkin yardımın göstərilməsi, qismən ziyan dəymiş və tam dağılmış tikililərin bərpası və təmiri ilə əlaqədar son vəziyyətə dair məruzələr dinlənilib.

Vətəndaşlar tərəfindən edilən əlavə müraciətlərə baxılması, qiymətləndirmə prosesində şəffaflığın təmin edilməsi, təmir və bərpa işləri ilə əlaqədar müvafiq tapşırıqlar verilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nə Ukrayna, nə də Rusiya danışıqlara hazırdır - Ağ Ev
İran Ermənistana qoşun yeridəcək? -VİDEO
Harrisin Trampla Obamanın söhbətinə reaksiyası gündəm oldu - Video

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib