Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50345
az

İntihar ediyi deyilən qızın atası: "Özünü öldürmək istəməyib"

18:2310 Mart, 2021
1371
CƏMİYYƏT
  • A

Bakıda dünən birgə intihar etdikləri deyilən iki şagirddən biri - Əfruz Səmədovanın ailəsi onun özünü öldürmədiyini iddia edir.

Oxu24.com xəbər verir ki, baku.tv-nin əməkdaşları Qobu qəsəbəsində olub şagirdlərin valideynlərindən hadisənin təfərrüatlarını öyrənməyə çalışıblar.

Mərhum Mətanət Quliyevanın atasının sözlərinə görə, Mətanət yıxılarkən Əfruz onu tutmağa çalışıb:

"Son 3-4 gün idi, mən işdə idim. Dünən işdən birbaşa xəstəxanaya gəlmişəm. 3 övladım var, bu, kiçiyidir. Bizi tanıyam hamı, məktəbdə də hər kəs onun necə biri olduğunu deyə bilər. Uşaqlar istəyiblər ki, yüksəklikdən "selfi" çəkdirsinlər. Ehtiyatsızlıqdan biri yıxılıb, digəri isə onu tutmaq istəyərkən yıxılıb", - ata bildirib.

Qeyd edək ki, Əfruz evin yeganə övladı olub.

Xatırladaq ki, martın 9-u günorta saatlarında Abşeron rayon Qobu qəsəbəsi 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı Lökbatan qəsəbəsində yerləşən 9 mərtəbəli binanın damından özlərini ataraq intihar ediblər.

Qeyd edək ki, Qaradağ Rayon Prokurorluğunda hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci - özünü intihar həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bananın bilmədyiniz müalicəvi xüsusiyyətləri
Məktəbdə smartfonlara qoyulan qadağa uşaqlara necə təsir edir?
Dadlı qəhvəni necə dəmləmək olar?

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Zaqatalada dəhşətli qəza: çox sayda xəsarət alanlar var