Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5026
az

Azərbaycanın Rusiya və Ermənistanı çox qorxudan hücumu

21:1905 Sentyabr, 2018
1561
DÜNYA
  • A
İrəvanda qanın su yerinə axmasına çox az qalıb

Erməni KİV-ləri İrəvanda baş nazir Nikol Paşiyanla keçmiş prezident Robert Koçaryan başlayan savaşın əsasında 2016-cı ildə baş vermiş aprel döyüşləri durduğunu yazırlar.

Məsələyə məqalə həsr etmiş erməni analitka saytı "Lragir” bunun qərbçilərlə rusçular arasında başlayan bir savaş olduğunu vurğulayır.

Saytın analitiki Akop Badalyan bildirir ki, Rusiya cibində daşıdığı Ermənistandan Azərbaycana təsir vasitəsi kimi istifadə edir. "Aprel döyüşlərinə qədər Moskva bu prinsipi rəhbər tuturdu, amma müharibə belə yanaşmanın həm Ermənistan, həm də Rusiya üçün təhlükəli olduğunu göstərdi”,- deyə analitik vurğulayır. Yəni Akop Badalyan dolayısı ilə vurğulayır ki, aprel döyüşlərində Azərbaycan göstərdi ki, işğal edilmiş torpaqları müharibə ilə də geri ala bilər: "Azərbaycan heç zaman Rusiyanın təsir zonasına düşməyəcək”,- deyə erməni analitik bildirib.  Aprel döyüşlərinin ssenarisi
Badalyanın fikrincə, Ermənistanın yeni baş naziri və komandası ölkəni Rusiyanın "cibindən” çıxarmağa çalışır. "Ermənistan cib faktoru olmamalıdır. Paşiyanın Moskvaya qədərki bəyanatları ehtimal etməyə imkan verir ki, o, Moskvaya heç də cib əhvalı ilə getmir”,- deyə Badalyan erməni baş nazirin sentyabrın 8-inə Rusiyaya nəzərdə tutulan səfəri barədə danışır.

 Amma belə görünür ki, Moskvanın Nikol Paşiyanla ciddi münasibət qurmağa həvəsi yoxdur. Bunu hətta Rusiyanın ermənipərəst "Reqnum” portalı qeyd edir. "Paşinyanın partiyası bu gün parlamentdə çoxluq belə deyil, onun hakimiyyəti havadan asılıdır”,- deyə portalın ermənipərəst analitki Stanislav Tarasov vurğulayır.

 Ermənistanda dərc olunan "Qraparak” qəzetinin yazdığına görə, Robert Koçaryan və tərəfdarları Paşiyanı hakimiyyətdən salmaq üçün ciddi çalışırlar. Onlar Rusiyanın müxtəlif dairələrinə Paşiyanın "Soros uşağı” olmasını çatdırırlar. "Qraparak”  Koçaryan və tərəfdarlarının Ermənistanı Rusiyanın quberniyasına çevirəcəyini düşünürlər.

Ümumiyyətlə, erməni KİV-lərinin yazdığına görə, əhalinin 70 fazi Paşiyanın, 30 faizi Koçaryanın tərəfdarıdır. 30 faiz kiçik rəqəm deyil  və hərbi qiyam, yaxud vətəndaş müharibəsinə qalxmaq üçün stimul verir. Özü də, Ermənistandakı Rusiya hərbi bazası, həmçinin Qarabağ klanına məxsus komandirlərin nəzarətində olan Ermənistan ordusu Koçaryan tərəfdarlarını dəstəkləyə bilər. Yəni Ermənistanda vətəndaş müharibəsinin başlayacağına və qanun su yerinə axacağına elə də çox qalmayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tarixi ŞANS YARANDI: İsrail İranın nüvə obyektlərini vura bilər
Hindistan Rusiyadan 4 milyard dollara Voronej radarını alacaq
Ukrayna yüz minlərlə mərmi və minlərlə raket alacaq

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü