Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50198
az

Ukrayna Rusiyaya meydan oxudu – Torpaqlarımızı azad etməyə hazırıq!

23:5807 Mart, 2021
2736
DÜNYA
  • A

Ukrayna Daxili İşlər Nazirliyi Donbasın “işğaldan azad edilməsi” barədə ötən il qəbul edilən strategiyanı günü bu gün yerinə yetirməyə hazırdır.

Oxu24.com musavat.com-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Arsen Avakovun müşaviri Valeri Posteluyko “Obozrevatel” telekalına açıqlamasında bəyan edib. O bildirib ki, bu qərarı Ukrayna prezidenti Vladmir Zelenski və Ali Rada verməlidir.

Onun sözlərinə görə, 2019-cu ildən “Donbasın işğaldan azad edilməsi strategiyası”nı həyata keçirmək üçün hər şey hazırdır. “Bunun tezliklə baş verəcəyinə ümid edirik. Biz əraziləri geri qaytarmağa hazırıq, amma bir şərtlə: əvvəlcə ruslar qoşunlarını, kontingentlərini geri çəkirlər, biz dövlət sərhədinə daxil oluruq, oraya nəzarəti tam bərpa etmək üçün nə lazımdırsa edirik” – deyə, nazirin müşaviri bildirib.

Xəbər verildiyi kimi, martın 7-də Ukraynanın ərazisində 7 ildir “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adlı qondarma “respublikalar” yaratmış separatçılar Ukrayna ordusunun mövqelərinə ağır silahlardan zərbə vurublar. “DXR” rəhbərliyi bildirib ki, dəfəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq, ATƏT müşahidəçiləri “Ukrayna ordusunun onların mövqelərinə zərbələrini gözardı etmələri” səbəbindən qabaqlayıcı zərbələr vurmağa qərar veriblər.

Martın 7-nə keçən gecə Ukrayna ordusunun mövqeləri ardıcıl top atəşinə tutulub. Rusiya seperatçıların mənbələrinə istinadən xəbər verir ki, Ukrayna ordusu ciddi itkilər verib. Rəsmi Kiyev bu xəbərləri nə təsdiq, nə təkzib edir.

Qeyd edək ki, Donbasdakı vəziyyət bir gün əvvəl Minsk razılaşması çərçivəsində danışıqlardan sonra gərginləşib. Danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edən sabiq prezident Leonid Kravçuk deyib ki, Kiyev Rusiyanın davranışına görə “radikal addımlar” atmağa hazırdır. Ukrayna təkid edir ki, Rusiya ölkənin cənub-şərqindəki münaqişədə tərəf kimi tanınmalıdır. Rusiya isə Kiyevin “DXR” və “LXR” liderləri ilə danışıqlar aparmalı olduqları iddia edir. Rusiyanın danışıqlardakı səlahiyyətli nümayəndəsi Boris Qrızlov isə münaqişənin alovlanmasında Ukraynanı günahlandırıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ
“Özüm də inana bilmirəm ki, bu olanlar mənim başıma gəlir” – Qriqorçuk
Pezeşkian mühüm razılaşma əldə etdi - Dondurulmuş pullar qaytarılır

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Ustalar hündürlükdən yıxıldı - Ölən var