Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5015
az

ELAN: Ucuz qiymətə maşın var - DİQQƏT!

14:3005 Sentyabr, 2018
1185
MARAQLI
  • A
 Bir sıra dövlət qurumlarının balanslarındakı nəqliyyat vasitələri satışa çıxarılıb.

Əmlak Məsələləri Dövlət Komitəsindən Oxu24.com-a verilən xəbərə görə, Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Komitəsinin, Azərbaycan Respublikasnın Mərkəzi Bankının, eləcə də, Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin balansındakı avtomobillər hərrac yolu ilə satışa çıxarılıb.

Hərracda ən ucuz avtomobil  Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Komitəsinə məxsusdur. Buraxılış ili 1994-cü ilə aid QAZ-31029 markalı avronəqliyyat vasitəsidir. Avtomobilin dəyəri 600 manat təşkil edir.

Mərkəzi Bankın balansındakı “Hyundai Sonata” avtomobilinin hərracdakı satış qiyməti  2350 manat, “Mercedes Benz  Sprinter 314” markalı avtomobil 7500 manatdır.

Nazirlər Kabineti Aparatının da iki avtomobili hərracda satılacaq. “BMW 730” markalı avtomobillərin qiyməti  11250 – 10500 manat təşkil edir.

Qeyd edək ki, hərrac oktyabrın 2-də baş tutacaq.

Bu arada  Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Komitəsinin balansındakı nəqliyyat vasitəsi  4-cü dəfə 25% endirimlə, Mərkəzi Bankın, eləcə də  Nazirlər Kabineti Aparatının balansında olan  nəqliyyat vasitələri isə  5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qaş və kirpikləri ilə hamını təəccübləndirən körpənin atası Baku TV-yə danışdı
Rusiyanın “Yamal” və “Azov” desant gəmiləri vurulub – KİV
Baş nazir taksi sürücüləri ilə bağlı qərar imzaladı

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda iki motosiklet oğurlandı