Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5009
az

Kartofa gömrük rüsumu artırıldı - Kartof bahalaşacaq

10:2805 Sentyabr, 2018
2073
  • A
 Nazirlər Kabineti “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli, 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Oxu24.com xəbər verir ki, dəyişikliyə əsasən, ölkəyə idxal olunan kartof üçün tarif dərəcəsi 15%-dən 30%-ə qaldırılıb.

Belə ki, “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin “0701 90 500 0” və “0701 90 900 0” alt yarımmövqelərinə aid sətirlərinin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmi “30” rəqəmi ilə əvəz edilib.
Qeyd edək ki, bu dəyişiklik “təzə, yanvarın 1-dən iyunun 30-dək” və “digər” mal nomenklaturası üzrə idxala şamil olunur ki, burada da kartof və digər məhsullar nəzərdə tutulur.  Qərardan sonra xaricdən gətirilən kartofun bahalaşacağı gözlənilir.

Diqqətə çatdıraq ki, Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Gömrük Komitəsinin İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış birgə təklifinə əsasən bu qərar verilib.

Yeni rüsumlar 2018-ci il oktyabrın 31-dək qüvvədədir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qışda kondisionerdən istifadənin zərərləri
Azərbaycanlı idmançı öldü - FOTO
Qəzada həlak olan 13 yaşlı Məhəmmədəlinin FOTOSU

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı